Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi

Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi
02.06.2026 01:35 Спорт

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.

TodayPress TV