NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA

NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA
02.06.2026 08:45 Интересное

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəhbəri Cared Ayzekman bildirib ki, agentliyin qəzaya uğramış yadplanetli kosmik gəmilər və ya yadplanetlilərin cəsədləri ilə bağlı hər hansı sübutu yoxdur.

TodayPress TV xəbər verir ki, o, bu açıqlamanı Vaşinqtonda keçirilən CNBC CEO Şurasının Zirvə Toplantısında verib. Ayzekmandan bəşəriyyətin yadplanetlilərlə təmas qurub-qurmadığı və ABŞ hökumətinin naməlum uçan obyektlərlə (UFO) bağlı hansı məlumatları açıqlamağı planlaşdırdığı soruşulub.

NASA rəhbəri Ağ Evin bu sahədə məlumatların ictimaiyyətə açıqlanması təşəbbüsünü müsbət qiymətləndirdiyini bildirib. Bununla yanaşı, o, Yerə düşmüş yadplanetli gəmiləri və ya yadplanetli mənşəli qalıqlarla bağlı heç bir dəlilə malik olmadığını vurğulayıb.

Ayzekmanın sözlərinə görə, NASA-nın əlində naməlum hava fenomenləri ilə bağlı müəyyən sənədlər mövcuddur və bu materiallar ictimaiyyətə təqdim edilir.

Türkan İsgəndərli

TodayPress TV