Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri
16.07.2025 14:21 Turizm

Türkiyə başdan-başa bir tarix xəzinəsidir. Gəzməklə qurtarmayacaq, görməklə doymayacaq bir xəzinəyə sahibdir qardaş Türkiyə. Hər daşı bir tarix olan, hər şəhərində qədim bir tarixi özündə yaşadan çoxsaylı tarixi məkanlara sahibdir. Ümumdünya Turizm Təşkilatının hesabatına görə Türkiyəyə səfər edən turistlərin təqribən 50 faizi tarixi abidələri ziyarət edir. Bugünkü yazımızda Türkiyə ərazisində olan daha bir qədim yaşayış məskəni olan qədim Likiya şəhəri haqqında məlumat verəcəyik.

TodayPress TV xəbər verir ki, Miladdan sonra 141-ci ildə dünyanın ən əhəmiyyətli coğrafi məkanlarından biri Likiyada insanlıq tarixinin gördüyü ən acı faciələrindən biri baş verir.

Likiya böyük bir zəlzələyə şahid olur. Bir çox yerlər xüsusilə sahildəki ticarət şəhərləri yerlə yeksan olur. Roma ilə Misir arasında əhəmiyyətli ticarət keçid zonası, gəmilərin lövbər saldığı şəhər uzun müddət dağılmış vəziyyətdə qalır. Lakin Romalılar buradan vaz keçə bilmirlər. Elə buna görə də şəhərə hər cür yardım və dəstək göstərərək bölgəni yenidən ayağa qaldırırlar. Miladdan əvvəl 142-ci ildə Romalılar şəhərə vergi toplamaq üçün gəldiyində maneələrlə üzləşir və Kokar çaydan şəhərə daxil olmaq üçün bölgəyə hərəkət edir. Bunu görən Myralılar bizansın osmanlı donanmasına etdiyi kimi Kokar çayın girişinə zəncir vururlar. Lakin romalılar buna məhəl qoymadan şəhərə daxil olmağa nail olurlar.

142-ci ildə bölgə tamamilə romalıların nəzarətinə keçir. Şəhərdə vergi verilməyə başlanır və romaya bağlılıq yaranır. Likya birliyinin sayılıb seçilən şəhərlərindən olan Myra miladdan əvvəl 2-ci əsrdə inkişaf etməyə başlayır, buradakı likiyalı zənginlərin yardımları ilə şəhərdə tikililər inşa olunmağa başlanır. Bunlardan biri Licinius Langusun yüz min dinara tikdirdiyi teatr və sütunlu girişdir. Miladdan sonra 13-cu ildə İmperator Hadrianus bu bölgəyə gəlmədən əvvəl müxtəlif yerlərdə taxıl ambarları inşa etdirməyi əmr eidr. Əslində bu bir Roma siyasəti idi. Misirdən gələn taxıl toplanır, ambarlara yığılır daha sonra Romaya daşınırdı.

Günümüzdə antik şəhərdə olan nadir tikili Hadrianus ambarı o zaman inşa edilib. Taxıl ambarının düz girişində ikinci qapının yanında iki misir tanrısını qabartması var. Qabartmanın sağ tərəfində ayaqüstə Serapis, sol tərəfdə isə yatmış İsis rəsmi təsvir olunub. Rəsmin altında bu qabartma haqqında yazılır: “Ambarın sahibi Herakl yuxusunda bu iki tanrını gördüyü üçün qabartmanı burda həkk etdirir”. Myra sözunun mənası məhlul sözündən götürülüb. Antik dövrlərdə işlədilən məhlul çüxurda bitən bir ağacın şirəsindən əldə olunur və musəvi ibadətxanalarında və xristian məkanlarında gözəl iyi yaymaq məqsədilə istifadə olunurmuş.

Likyanın ən əhəmiyyətli şəhərlərindən biri Demre yəni Myranın məşhurlarını saymaqla bitməz. Bütün bu şəxslər əsasən din adamı olub. Lakin bunlardan ikisi dünyada məşhur olan iki addır. Bunlardan biri qərb dünyasına xristianlığı tanıdan şəxs Əziz Paulus. O, Romaya gələrək Myranı ziyarət edir daha sonra burada xristianlıqı rəsmi din olaraq qəbul edir. Hz. İsadan sonra Xristianlıq üçün çox əhəmiyyətli bir şəxs hesab olunur. Hz. İsa Xristianlığı tapmış ola bilər, amma, Əziz Paulus olmadan xristianlığın yayılma imkanı yox idi. Kiçik Asiya, Makedoniya və Yunanıstanı gəzərək buralarda kilsələr qurub, xristianlığı yaymışdır. Halbuki, o, əvvəlcə yəhudi idi. Sonra xristianlığı qəbul edib. İncil və Xristiyanlıqla əlaqədar ən köhnə və ən etibarlı qaynaqlar Paulusdan geriyə qalan məktublardır.Beləliklə Romaya psikoposluq verilir. Buna görə də myra xristian dünyasında çox böyük əhəmiyyətə malik olur.

Şəhərin digər əhəmiyyətli yerlərindən biri antik teatrdır. Anadoluda yerləşən ən görkəmli Roma teatrlarından biri olan bu yerdə “tanrı sənə təşəkkür edirəm” sözləri və məzarlardan birinin girişində qabartmalı “Maskos Demostrosyosun qızı Filistanı sevir” yazısı diqqəti çəkən məqamlardandır. 1840-cı ildə İngilis araşdırmaçı və yazıçı Çarls antik şəhərə gəlir. Şəhərə valeh olan Çarls dəftərçəsinə yazır. “Böyük bir zəfər qazandığımı düşünürəm. Bu günədək görmədiyim gözəllikdə qaya məzarları və Roma teatrına rast gəldim. Lakin bunların hamısından ən maraqlısı qaya məzarları üzərinə həkk olunmuş yazılar, kitabələr, rəngli qabartmalardır. Bütün bunlardan başqa burada heç bir yerdə görmədiyim dağların üzərində arı pətəyi formasında olan qaya məzarlarının olması başqa bir aləmdir”.

Qeyd etdiyimiz kimi dağların yuxarısından arı pətəyi kimi yuxarıdan aşağıya doğru genişlənən Myra Likiyanın 6 ən böyük şəhərlərindən olub. O dövrlərdə şəhərdəki valyuta yəni dəmir pullar üzərində ana ilahə qabartmaları əks olunub. Antik mənbələrdə myranın miladdan əvvəl 1-ci əsrə aid olması, qaya məzarlarının və valyutalardan bəhs olunması şəhərin miladdan əvvəl 5-ci əsrə aid olduğunu sübut edir. Bəzi qaynaqlarda vurğulanır ki, şəhər 7-ci əsrdən başlayaraq 9-cu əsrə qədər ərəblərin axınına məruz qalmış, 809-cu ildə Harun Əl Rəşidin komandirlərindən biri Myranı zəbt eidr. Ərəblərin axını ilə myra çayının tez-tez daşması, buna görə də gələn torpaqla bəzi tikililərin dolması və yaranan zəlzələlər şəhərin tərk edilməsinə və myranın kənd olmasına səbəb olmuşdur. Günümüzdə şəhərdə roma dövründən qalan şəhər divarları, hellenistik zamana və miladdan əvvəl 5-ci əsrə aid olan divar qalıntıları aşkarlanmışdır. Onu da qeyd edək ki, Myranın su ehtiyacı demrə dərəsinin axdığı vadi kənarındakı qayaya açılan kanallarla təmin olunurdu. Günümzdə bu kanalları görmək mümkündür.

Antik şəhərdə turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri bəlkə də ən maraqlısı Əziz Nikolaus yəni Santa Klausun adına inşa edilmiş ən qədim kilsədir. Bura Apollon özəlliklərini xatırladır. Divarda Uşaqları, dənizçiləri qoruyan, itən insanların, yaxud itən əşyaların tapılmasına kömək edən simvolik rəsimlər əks olunur. Dildən-dilə dolaşan deyimlərdə belə məlum olur ki, Əziz Nikolaus öldükdən sonra bu kilsədə dəfn edilib. Miladdan sonra 9-cu əsrdə bölgəni işğal edən ərəblər kilsəni talan edərək, Əziz Nikalousun olduqu təxmin edilən tabutu yandırmışdılar. Lakin 1087-ci ildə bir qrup italyan tacirin bura gələrək həqiqi tabutu tapıb içinə baxdıqlarında myur məhlulunun içində yatan əziz nikolausun sümüklərini tapırlar. Və onun cəsədini indiki İtaliyanın cənub-şərqində yerləşən Adriatik dənizi kənarında liman şəhəri olan Baridə müqəddəs bir sahədə dəfn edirlər. Hətta belə güman olunur ki, günümüzdə Antalya muzeyində əziz nikolausun sümüklərinə rast gəlmək olur. Haqqında söylənilənlər nə qədər mübahisəli olsada ortada belə bir həqiqət var əziz nikolaus min illərdir Anadolu coğrafiyasında tanınır və hörmət edilir. Bu gün bu antik kəndləri çoxsaylı turist ziyarət edir. Turistlər bu antik şəhərin qalıqlarını gəzməklə tarixlə baş-başa qalırlar. Yolunuz Türkiyəyə düşsə bu tarixi ərazini ziyarət edin.

FOTOLAR

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri — 1
Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri — 2
Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri — 3
Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri — 4
XƏBƏR LENTİ
03 IYUN 2026
U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Bütün Xəbərlər