Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi

Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi
31.05.2026 00:36 Turizm

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gəncə - Sankt-Peterburq - Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.

TodayPress TV xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

"Gəncədən təyyarə bu gün (dünən-red) Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək", - deyə qeyd olunub.

Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər