Futbol turizmi dirçəldir: “Bununla bağlı işlər genişləndirilməlidir” – Ekspert

Futbol turizmi dirçəldir: “Bununla bağlı işlər genişləndirilməlidir” – Ekspert
20.02.2026 15:05 Turizm

Azərbaycanın turizm potensialı və beynəlxalq idman tədbirlərinin ölkə imicinə təsiri yenidən gündəmə gəlib. Bu dəfə Bakı "Qarabağ"ın rəqibi olan "Nyukasl Yunayted" komandasının oyunçularını və azarkeşlərini heyran qoyub.  


Onlar öz sosial media hesablarında paytaxtın müasir görünüşünü, infrastrukturu və heyranedici mənzərələrini xüsusilə vurğulayıblar.  

Bu barədə TodayPress TV-yə danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, xüsusilə futbol kimi kütləvi maraq doğuran yarışlar ölkənin tanıdılması baxımından mühüm rol oynayır.


Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin əksəriyyəti əsasən Bakının və ölkəmizin nə qədər müasir olduğunu, infrastrukturun kifayət qədər inkişaf etdiyini və gözəl mənzərəyə sahib olduğunu qeyd edirlər:

"Biz Azərbaycanın gözəlliklərini bütün sərgilərdə həm turizm sənayesi olaraq, həm də dövlət olaraq göstərməyə çalışırıq. Ümumilikdə, iri tədbirlər hər hansı bir məkanı ziyarət etməyə bir qədər stimul verir və buna səbəb olur. Ona görə də bu cür tədbirlərin keçirilməsi müsbət haldır".

Ekspert əlavə edib ki, ölkəni turistlər üçün mümkün qədər əlçatan etməliyik:  

"Ölkəyə gəlişin üç əsas faktoru varsa, birincisi təhlükəsizlik məsələsidir ki, Azərbaycanda hər mənada təhlükəsizlik təmin olunub və insanlar özlərini tam şəkildə güvənli hiss edirlər. İkinci məsələ ölkənin, yəni destinasiyanın əlçatan olmasıdır. Yəni buraya gəlməyin rahat və əlverişli olmasıdır. Düşünürəm ki, ölkəmizə gəlmək rahat və təhlükəsizdir, amma qiymət baxımından bunu daha əlverişli hala gətirməyə çalışmalıyıq. Üçüncü faktor isə gəliş zamanı viza baryerlərinin olmaması və ya az olması, prosedurun rahat və asan olmasıdır". 

Ceyhun Aşurov qeyd edib ki, bununla bağlı işlər genişləndirilməlidir. Bu halda ölkəmiz daha çox turist qəbul edə biləcək.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Все новости