Bakı-Tbilisi-Bakı qatar biletlərinin qiymətləri ilə bağlı açıqlama

Bakı-Tbilisi-Bakı qatar biletlərinin qiymətləri ilə bağlı açıqlama
19.05.2026 13:17 Туризм

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkətinin bərpası xəbərindən sonra ictimaiyyətin əsas diqqəti hazırda biletlərin qiymətinə yönəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Qurumdan bildirilib ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının bərpası ilə bağlı hazırda texniki və təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Bilet satışının başlanması və qiymətlərlə bağlı məlumatın yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Bakı və Tbilisi arasında sərnişin qatarları 2020-ci ildə fəaliyyətini dayandırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости