Putindən Ermənistana SƏRT BİLDİRİŞ: “Sənin düşmənin mənim yanımdadır"

Putindən Ermənistana SƏRT BİLDİRİŞ: “Sənin düşmənin mənim yanımdadır"
05.11.2025 14:12 Аналитика

Rusiya prezidenti Vladimir Putin “Rusiya və Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezras Nersisyanı “Aleksandr Nevski” ordeni ilə təltif etməsi Ermənistan cəmiyyətində narazılıq yaradıb. Hadisənin, hökumətin Apostol Kilsəsinə qarşı apardığı əməliyyatlar fonunda siyasi mesaj kimi qəbul edildiyi bildirilir. Yerli media bunu Moskvanın İrəvana xəbərdarlığı kimi qiymətləndirir.

Maraqlıdır, bu addım mövcud Moskva-İrəvan münasibətlərinə necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Putinin bu addımı İrəvana ciddi mesajdır:

"Rusiya prezidentinin bütün ermənilərin katolikosu İkinci Qareginin qardaşı Ezras Nersisyanı Xalq Birliyi Günündə, yəni Birlik Günündə, "Aleksandr Nevski" ordeni ilə təltif etməsi Paşinyan hakimiyyətinə açıq bir mesaj kimi qiymətləndirilməlidir. Yəni “Biz bir yerdəyik”. Söhbət ermənilərin katolikosundan gedir". 

Onun sözlərinə görə, rusiyayönümlü blokun formalaşması seçkilərdə Moskva xəttinin gücləndiyini göstərir: 

"Parlament seçkilərində bütün rusiyayönümlü qüvvələrin bir blok halında çıxış edəcəyi gözlənilir. Yəni “sənə qarşı birlikdəyik” mesajı verilir. Bununla da Kreml mövqeyini açıq şəkildə ortaya qoyur: biz də onların yanındayıq. Kilsə, bəzi sahibkarlar və hazırda yalnız Robert Köçəryan artıq rusiyayönümlü qüvvələrin bloku kimi birləşmək istəklərini bəyan ediblər.

Üstəlik, nəzərə almaq lazımdır ki, Paşinyan Ezras Nersisyanı açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agenti kimi qiymətləndirib (hətta “KQB agenti” ifadəsini işlədib) və onun anti-milli qüvvələri öz ətrafında topladığını bildirib".

Ekspert əlavə edib ki, Putinin jesti rusiyayönümlü blokun Paşinyanı zəiflətmək cəhdlərinə açıq dəstək kimi qiymətləndirilə bilər:

"Paşinyan bu anti-milli qüvvələrə qarşı açıq mübarizəyə başladığı bir vaxtda, Ezras Nersisyanın Rusiyanın milli birliyinin möhkəmlənməsində roluna və göstərdiyi xidmətlərə görə yüksək dövlət mükafatı ilə təltif olunması açıq mesaj verir: “Sənin düşmən hesab etdiyin qüvvələr mənimlə birlikdədir. Biz bir yerdəyik. Aydındır ki, bu qüvvələr parlament seçkilərində Paşinyanı məğlub etmək üçün əlindən gələni edəcək".

Abutalıb Səmədov son olaraq əlavə edib ki, artıq növbə Qərbindir:

"Reallığı və mövcud təhlükələri dərk edib Paşinyana dəstəyi artırmaq lazımdır. Parlament seçkilərində, nəyin bahasına olursa olsun, Paşinyan rusiyayönümlü qüvvələrə uduzmamalıdır".

Jalə Rövşən

ФОТО

Putindən Ermənistana SƏRT BİLDİRİŞ: “Sənin düşmənin mənim yanımdadır" — 1
ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Все новости