Nüvə İranı ya işığa çevirəcək, ya da zülmətə bürüyəcək

Nüvə İranı ya işığa çevirəcək, ya da zülmətə bürüyəcək
14.04.2026 17:22 Təhlil

İranın nüvə proqramı 1950-ci illərdən başlayaraq ölkənin enerji müstəqilliyi, texnoloji inkişafı və regional təhlükəsizliyi kimi arqumentlərlə əsaslandırılır. Lakin beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ və İsrail, bu proqramı nüvə silahı əldə etmək cəhdi kimi qiymətləndirir. 

2006-cı ildən bəri tətbiq olunan sanksiyalar, 2015-ci il JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) müqaviləsinin pozulması və 2025-ci ildə BMT-nin “snapback” mexanizmi ilə yenidən qüvvəyə minən sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vurub. 2025-ci ildə ABŞ və İsrailin nüvə obyektlərinə hücumları proqramı ciddi zədələyib. 

İran bu qədər pul, vaxt və riski sərf etməklə doğru yoldadır, yoxsa proqram ölkəyə daha çox zərər vurur? 

İranın nüvə proqramı Şah rejimindən (1970-ci illər) başlayıb. Buşehr Atom Elektrik Stansiyası (AES) əsas layihə idi və Rusiya ilə əməkdaşlıqla 2011-ci ildə işə düşüb. Hazırda Buşehr yalnız 915 MVt gücündədir və ölkənin elektrik enerjisinin cəmi 2%-ni təmin edir. Beynəlxalq Atom Enerjisi Agentliyi hesabatlarına görə, 2025-ci ilin əvvəlində İran 60% zənginləşdirilmiş uran ehtiyatını 400 kq-dan yuxarı qaldırıb, silah üçün kifayət qədər material istehsal etmə müddəti bir neçə həftəyə enib. Lakin 2025-ci il münaqişəsindən sonra AEBA 2026-cı il fevral hesabatında ehtiyatların yerini və miqdarını təsdiqləyə bilmədiyini bildirib.

Son 15 ildə birbaşa xərclər 5 milyard dollar civarında, lakin itirilmiş iqtisadi fürsətlər 1-3 trilyon dollara çatıb. 2025-ci il büdcəsində nüvə xərcləri açıq şəkildə 313 milyon dollar göstərilib. 

Son 5 ildə inflyasiya 30%-dan yuxarı, 2025-ci ildə 42.4%. Rial dollara qarşı dəyər itirib. 2025-ci ildə rekord minimuma çatıb. 50%-ə yaxın əhali yoxsulluq həddində yaşayır. Adambaşına gəlir itkisi illik 3000 dollar civarındadır. 

Bu rəqəmlər sanksiyaların yalnız neft sektoruna deyil, idxal, investisiya və texnologiyaya da təsirini göstərir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Все новости