Deputat: "Biz bunu öz gücümüzə etdik"

Deputat: "Biz bunu öz gücümüzə etdik"
07.11.2025 16:27 Аналитика

"Böyük zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bölgədəki reallıqlar kökündən dəyişdi. Və bunu biz öz gücümüzlə etdik"

Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.


O, Azərbaycanın bölgədə əsas güc mərkəzinə çevrildiyini və onsuz heç bir layihənin həyata keçə bilməyəcəyini vurğulayıb:

"Bu gün Azərbaycan bölgənin əsas söz və güc sahibi kimi reallıqları dəyişməklə gələcək istiqamətləri müəyyənləşdirir. Artıq Azərbaycanın iştirak etmədiyi heç bir layihənin həyata keçməsi mümkün deyil. Yəni bu regionda Azərbaycansız hər hansı bir layihə reallaşa bilməz. Azərbaycan regional güc mərkəzinə çevrilib və bunu həm region dövlətləri, həm də qlobal güclər qəbul edirlər".

Deputat bildirib ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yer aldığı üçün bu gün regional güc kimi beynəlxalq diqqətin mərkəzinə çevrilib:

"Məsələ bundadır ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və böyük güclərin diqqət mərkəzində olan bir regiondur. Bu ərazidən bir sıra mühüm kommunikasiya qovşaqları keçir. Ticarət və iqtisadi əlaqələri təmin edən Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və açılması gözlənilən Zəngəzur dəhlizi bilavasitə Azərbaycanın ərazisindən keçməklə ölkəmizin iştirakı və dominantlığı ilə reallaşır. Bu baxımdan Azərbaycana olan maraq və diqqət əhəmiyyətli dərəcədə artıb. Əgər torpaqlarımız işğal altında olduğu dövrdə ölkəmiz güc mərkəzlərinin diqqətində deyildisə, bu gün həm böyük dövlətlər, həm də region ölkələri Azərbaycanın mövcud reallığı ilə hesablaşmaq məcburiyyətindədirlər. Bu da Azərbaycana olan diqqətin artmasına səbəb olub".


Onun sözlərinə görə, ölkə beş ildə azad edilmiş ərazilərdə geniş bərpa işləri apararaq sürətli dirçəlişə nail olub:

"44 günlük müharibədən sonra işğaldan azad olunan ərazilərdə geniş bərpa və quruculuq işlərinə başlanıldı. 30 il işğal altında qaldığı müddətdə ermənilər həmin ərazilərdəki şəhərləri, kəndləri, qəsəbələri tamamilə dağıtmışdılar. Bütün tarixi abidələr viran edilmiş, infrastruktur məhv olunmuşdu. Buna görə çox böyük işlər görülməlidir və bunun üçün həm böyük vəsait, həm də illər tələb olunur. Lakin biz qələbədən sonrakı beş il ərzində misli görünməmiş işlər həyata keçirərək diqqət mərkəzinə çevrilmişik"


A.Əlizadə, həmçinin vurğulayıb ki, beş ildə azad edilmiş bölgələrdə geniş quruculuq işləri aparılaraq “Böyük Qayıdış” sürətlə reallaşır:

"İşğaldan azad olunmuş ərazilərdə beş il ərzində üç beynəlxalq hava limanı (Füzuli, Zəngilan, Laçın) tikilib. İnfrastruktur layihələri icra olunub. Nəqliyyat qovşaqları, avtomobil və dəmir yolları çəkilir. Yeni inzibati binalar, təhsil müəssisələri, otellər, yaşayış binaları tikilir, mənzillər inşa olunur və “Böyük Qayıdış” proqramı həyata keçirilir".

Deputat azad olunmuş ərazilərin sürətli bərpasına milyardlarla  vəsaitin ayrılmağa davam etdiyi məsələsinə toxunub:

"Bu qədər qısa müddətdə bu işləri görmək, təbii ki, böyük məsrəf, enerji və insan resursu tələb edir. Bütün bunlar əsasən Azərbaycan tərəfindən həyata keçirilir. Dost və qonşu ölkələr, xüsusilə Türkiyə və türk dövlətləri müəyyən dəstək göstərsə də, geniş miqyaslı işləri əsasən Azərbaycan özü görür. Hər il dövlət büdcəsindən Qarabağda və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə böyük vəsait ayrılır. Ötən il bu məbləğ təxminən 4,5 milyard manat olub. Bu il də eyni həcmdə vəsait həmin istiqamətə yönəldilib. Ondan əvvəlki dövrdə isə 19 milyard manatdan artıq vəsait xərclənmişdi. Proses davam edir".

"Bu olduqca təqdirəlayiq və qürurverici bir prosesdir" 

A.Əlizadə son olaraq əlavə edib ki, “Böyük Qayıdış” insanların yurdlarına dönüşü və bölgənin dirçəlişini təmin edərək qürur hissi yaradır:

"Çünki bu fəaliyyətlərin əsas məqsədi dədə-baba torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın öz yurdlarına qayıtmasını təmin etməkdir. Bu istiqamətdə dövlətin səyləri təqdir olunmalıdır. Proses davam edir və “Böyük Qayıdış” konsepsiyası çərçivəsində həm bərpa-quruculuq işləri, həm də insanların öz torpaqlarına dönərək həmin bölgələrin yenidən canlanmasına töhfə verməsi xalqımızın və dövlətimizin gücündən xəbər verir. Bu da təbii olaraq hər birimizdə qürur hissi yaradır".


Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Все новости