Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq
“Qarabağ” futbol klubunun yay hazırlıq proqramı müəyyənləşib.
TodayPress TV-nin AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi təlim-məşq toplanışına iyunun 10-da Bakıda başlayacaq.
Komandanın hazırlığının ilk mərhələsi 11 gün davam edəcək. Bundan sonra “Qarabağ” iyunun 22-dən iyulun 2-dək Avstriyada təlim-məşq toplanışı keçəcək.
“Köhlən atlar” xaricdəki hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.
Namiq HUN