Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..."

Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..."
02.06.2026 17:47

Almaniya Kansleri Fridrix Merts ölkə iqtisadiyyatının bir çox sahələrdə rəqabət qabiliyyətini itirməsinin səbəblərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Merts Almaniyanın hazırda qiymət baxımından rəqabət problemi ilə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, Almaniya həddindən artıq bahalı ölkəyə çevrilib və artıq dünyanın digər iqtisadi regionları ilə rəqabət aparmaqda çətinlik çəkir.

“Almaniya bir çox sahədə rəqabət qabiliyyətini itirib. Ölkə çox bahalaşıb və artıq bizimlə rəqabət aparan regionlarla ayaqlaşa bilmir”, – deyə Kansler vurğulayıb.

Merz qeyd edib ki, Almaniyanı yenidən sahibkarlar üçün cəlbedici ölkəyə çevirmək lazımdır.

Bu məqsədlə korporativ vergilər, enerji daşıyıcılarının qiymətləri, bürokratik maneələr, əməkhaqqı ilə bağlı əlavə xərclər, rəqəmsallaşma və infrastruktur sahələrində islahatların aparılmasının vacib olduğunu bildirib.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости