Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır
Futbol üzrə Azərbaycan milli komandası Avstriyada təlim-məşq toplanışına start verib.
TodayPress TV xəbər verir ki, yığmamız Bad-Valtersdorf şəhərində keçirilən hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 5-də Malta, dörd gün sonra isə San Marino millisi ilə qarşılaşacaq.
Hər iki görüş Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Namiq HUN