Azərbaycanlılar niyə İranda həlak olurlar?

Azərbaycanlılar niyə İranda həlak olurlar?
25.05.2026 17:32 Аналитика

İranda hazırda təxminən 90 səfirlik fəaliyyət göstərir. Bu rəqəm ölkənin diplomatik əlaqələrinin genişliyini göstərir. Amma ən kəskin dövrlərdə məsələn, 2026-cı ilin martında İsrail-ABŞ zərbələri zamanı bu səfirliklərin əksəriyyəti postlarını müvəqqəti bağlayıb və ya heyətini çıxarıb. 

Rəsmilərin ölkədən təxliyə olunması isə Azərbaycanın köməyilə olub. 

Qəribədir ki, bu qədər ölkənin rəsmiləri İranda fəaliyyət göstərsə də, İran İslam İnqilabından bəri bu missiyalar arasında birbaşa silahlı terror hücumuna məruz qalan yeganə diplomatik nümayəndəlik məhz Azərbaycan Səfirliyi oldu. Məsələn 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində səfirliyin təhlükəsizlik rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş yaralanıb. İran tərəfi bunu "şəxsi münaqişə" adlandırıb, Azərbaycan isə "terror aktı" kimi qiymətləndirib. Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs - Yasin Hüseynzadə 21 May 2025 - ci ildə edam olunub.

Daha təzə hadisə isə 2026-cı il mayın 23-də Təbrizdəki Baş Konsulluğun konsulu Ramil Rza oğlu İmranovun Culfa-Təbriz yolunda qəza nəticəsində həlak olmasıdır. Rəsmi məlumatlara görə, avtomobil qəzası olub. Ancaq sosial şəbəkələrdə və bəzi Azərbaycan mənbələrində bu hadisənin “təsadüf olmadığı”, qəsdən törədildiyi barədə fikirlər səslənir.

Bu hadisələrə təsadüf kimi baxmaq çətindir. Azərbaycan-İran münasibətləri uzun illərdir gərgin keçir. Bunun isə bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanın İsraillə yaxın əməkdaşlığıdır. Məlumdur ki, illərdir Yaxın Şərqdə çaxnaşma var. Digər səbəb isə İranın Cənubi Azərbaycanda yaşayan azərbaycanlılara münasibətidir. Belə ki, ölkədə tarixi və siyasi səbəblərdən dolayı assimilyasiya və milli ayrı-seçkilik mövcuddur. Zəngəzur dəhlizi məsələsi də bölgədə güclənmək istəyən ölkələrin rəqabətini gücləndirir.

İran böyük azərbaycanlı əhalisinə malikdir və bu əhaliyə qarşı repressiyalar daim olub. Eyni zamanda Azərbaycan dövlətinin diplomatlarına və vətəndaşlarına qarşı hadisələr çox vaxt gərgin dövrlərdə baş verir. Bir tərəfdən İran rəsmiləri “təsadüf” deyir, digər tərəfdən isə Bakı bu hadisələri təhlükə siqnalı kimi qəbul edir.

Nəticədə, bu ölüm və hücumların təsadüfi olub-olmadığını dəqiq demək çətindir. Amma ardıcıl gələn hadisələr, diplomatik gərginliklər və bölgədəki geopolitik rəqabət fonunda “sadə təsadüf” versiyası zəif görünür. 

Bu cür hadisələr iki ölkə arasındakı etimadsızlığı daha da dərinləşdirir və gələcəkdə yeni gərginliklərə zəmin yaradır. Azərbaycan üçün ən böyük problem isə Cənubi Azərbaycandakı soydaşlarımızın vəziyyəti və diplomatlarının təhlükəsizliyidir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 Все новости