Babək prospektində yerləşən təkər bazarında yanğın oldu

Babək prospektində yerləşən təkər bazarında yanğın oldu
17.09.2025 09:10 Hadisə

Babək prospektində yerləşən təkər bazarında yanğın olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən təkər bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1,5 ha olan təkər bazarının ərazisində bir dam altında tikilən mağazalarda baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hər birinin sahəsi 75 m² olan 2 ədəd avtomobil ehtiyat hissələri satışı mağazasının damının taxta atmaları və içərisində rəflərə yığılan ehtiyat hissələri yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər yanğından mühafizə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
CNN Azərbaycana şərt atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir- İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Bütün Xəbərlər