İşə qəbulda ÇƏTİN SEÇİM: Diplom, yoxsa sertifikat?

İşə qəbulda ÇƏTİN SEÇİM: Diplom, yoxsa sertifikat?
24.10.2025 17:28 Elm və Təhsil

Son illər bəzi gənclər universitet təhsilindən imtina edərək qısa müddətli ixtisaslaşmış kurslara üstünlük verirlər. Onlar bir neçə aylıq təlimlərdə iştirak edib sertifikat aldıqdan sonra iş həyatına atılır, bəzən isə oxuduqları ixtisas üzrə işləməmək üçün bu kurslara üz tuturlar. 

Bəs işə qəbul zamanı diploma, yoxsa sertifikata üstünlük verilməlidir?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, kurslar kommersiya əsaslı tədris müəssisələridir və onların verdiyi sənəd dövlət tərəfindən tanınmır.

“Azərbaycan Respublikasında qanunvericiliyə görə təhsil müəssisəsi fəaliyyətinə lisenziya verilmiş və hər beş ildən bir akreditasiyadan keçən qurumlardır ki, onlar təhsilin sonunda dövlət nümunəli sənəd təqdim edirlər. Kurslar isə qeyri-formal təhsil sahəsinə aiddir və verdikləri sertifikat işə qəbul üçün əsas sənəd sayılmır”.  

Onun sözlərinə görə, işə qəbul zamanı əsas meyar peşə, orta ixtisas və ya ali təhsil haqqında diplomdur. Kurs sertifikatları yalnız əlavə bilik və bacarıqları təsdiqləyən sənəd kimi qiymətləndirilə bilər.

“Kursu bitirən şəxslər yalnız o halda işə qəbul edilə bilər ki, həmin vəzifə konkret praktiki bacarıqlar tələb etsin və bu bacarıqlar kurs zamanı əldə edilmiş olsun”, – deyə Elşən Qafarov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İşə qəbulda ÇƏTİN SEÇİM: Diplom, yoxsa sertifikat? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Bütün Xəbərlər