Ayasofyaya turist axını rekord həddə çatdı

Ayasofyaya turist axını rekord həddə çatdı
23.07.2025 18:45 Mədəniyyət

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə bağlı Vəqflər Baş İdarəsinin koordinasiyası ilə aparılan işlər nəticəsində Ayasofya Məscidi həm ibadət məkanı, həm də mədəni irs nümunəsi olaraq fəaliyyətini davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

2020-ci il iyulun 24-də cümə namazı ilə yenidən ibadətə açılan Ayasofyanın aşağı hissəsi Müsəlmanların ibadəti üçün ayrılıb. Yuxarı qalereya isə xarici turistlərin ziyarətinə açıq saxlanılır. Bu bölünmə ilə həm ibadət edənlərin, həm də ziyarətçilərin rahatlığı təmin olunub. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan bu tarixi məkanda, UNESCO-nun tövsiyəsinə əsasən, çoxdilli bələdçilər vasitəsilə turistlərə məlumat verilir.

Yenidən ibadətə açıldıqdan sonra elmi və mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərən məscid, pandemiya sonrası dövrdə daha böyük ziyarətçi marağı ilə qarşılaşıb. Hər il 10-15 milyon insan tərəfindən ziyarət olunan bu məkana beş il ərzində ümumilikdə 40 milyona yaxın insan baş çəkib.

Ayasofya bu gün ibadət, mədəniyyət və mənəvi bələdçilik mərkəzi olaraq İstanbulun ən önəmli və diqqətçəkən ziyarət nöqtələrindən biri kimi mövqeyini qorumaqdadır.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir- İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Transfer söz-söhbətlərinə son? Kivu Bastoni barədə danışdı! 12:31 300 min azərbaycanlının ayaq səsi İrəvanda eşidildi: Karapetyan say açıqladı 12:26 TƏCİLİ! Bu NATO ölkəsi vuruldu 12:26 Dövlət Agentliyi "Azərişıq"da yoxlamalar aparır - Rəhbər şəxslər cəzalandırıldı 12:19 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ 11:29 İran Azərbaycana qarşı - milyonlarla dollara Nardaranı ayağa qaldırdı və dövlətimizə hücum edildi 11:53 Pley-in həyəcanı: millimiz Litva səddini aşmağa çalışacaq! 11:48 Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Bütün Xəbərlər