Alimlər: "İnsanlar 60 min il əvvəl abstrakt düşünə bilib"

Alimlər: "İnsanlar 60 min il əvvəl abstrakt düşünə bilib"
24.03.2026 19:30 Maraqlı

Alimlər müəyyən edib ki, qədim insanlar hələ 60 min il əvvəl abstrakt və həndəsi düşünmə qabiliyyətinə malik olublar.

TodayPress TV xəbər verir ki, bu nəticə Cənubi Afrikada tapılmış dəvəquşu yumurtası qabıqları üzərindəki naxışların araşdırılması nəticəsində əldə olunub.

Tədqiqat "PLOS One" jurnalında dərc edilib.

Araşdırmaya görə, bu qabıqlar qədimdə su qabı kimi istifadə olunub, lakin alimlərin diqqətini üzərindəki naxışlar — düz xətlər, torvari strukturlar və romb fiqurları cəlb edib.

Tədqiqatçılar 112 fraqment və 1300-ə yaxın xətti analiz ediblər. Nəticədə naxışların 80 faizdən çoxunun ciddi struktur qaydalarına uyğun olduğu müəyyən edilib — paralel xətlər, düz bucaqlar və təkrarlanan elementlər müşahidə olunub.

Alimlərin fikrincə, bu xətlər təsadüfi deyil, planlı və sistemli şəkildə yaradılıb. Qədim insanlar elementləri döndərmək, birləşdirmək və təkrarlamaq kimi mürəkkəb düşünmə əməliyyatlarından istifadə ediblər.

Tədqiqat müəllifləri bildirirlər ki, bu tapıntılar "Homo sapiens"də abstrakt düşüncənin formalaşdığını göstərir. Bu qabiliyyət isə sonradan incəsənət, simvolika və yazının yaranmasının əsasını təşkil edib.

Bununla belə, naxışların konkret mənası hələ də məlum deyil — onlar həm dekorativ, həm də simvolik xarakter daşıya bilər.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Все новости