Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir

Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir
31.05.2026 14:29 Культура

Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin üzvü, fotoqraf Aydın Mehdiyevin İtaliyanın paytaxtı Romada “Stone Guardians of Azerbaijan” adlı fərdi fotosərgisi açılıb.

TodayPress TV Sərgi 2026-cı il mayın 29-dan iyunun 4-dək Medina Art Gallery Roma-da nümayiş olunur.

Ekspozisiya Palazzo Mandrilli təşkilatçılığı ilə Via Angelo Poliziano 4-6 ünvanında yerləşən qalereyada təqdim edilir. Sərginin açılış mərasimi mayın 29-da saat 18:00-da baş tutub.

“Stone Guardians of Azerbaijan” layihəsi Azərbaycanın təbiət mənzərələrində zamanın, küləyin və torpağın yaddaşının formalaşdırdığı daş fiqurlara həsr olunub. Bu fotolarda insan müdaxiləsi olmadan yaranmış təbii formalar bəzən qoruyucu siluetləri, mələk obrazlarını və sirli varlıqları xatırladır. Layihə tamaşaçını təbiətin yaratdığı bu formalarla düşüncəli dialoqa dəvət edir.

Sərginin konsepsiyasında pareydoliya, yəni insanın abstrakt formalar içində tanış obrazlar görmək meyli əsas yaradıcı istiqamətlərdən biri kimi təqdim olunur. Müəllif bu yanaşma vasitəsilə təbiətə sadəcə fon kimi deyil, öz obrazlarını yaradan müstəqil müəllif kimi baxmağı təklif edir. “Stone Guardians of Azerbaijan” Azərbaycanın çoxqatlı mədəni irsini təbiətin yaratdığı ilkin, arxaik və simvolik formalar vasitəsilə təqdim edir.

Aydın Mehdiyev texnika elmləri doktoru, Gömrük Xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professorudur. O, həmçinin 2025-ci ilin aprelində Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası tərəfindən “Titan” tituluna layiq görülüb.

Azərbaycan Fotoqrafları Birliyi Aydın Mehdiyevi beynəlxalq səviyyədə baş tutan bu yaradıcılıq hadisəsi münasibətilə təbrik edir, ona yeni uğurlar və davamlı yaradıcılıq nailiyyətləri arzulayır.

TodayPress TV

ФОТО

Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 1
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 2
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 3
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 4
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 5
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir — 6
ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости