Xameneinin dəfn mərasiminə hazırlıq başladı

Xameneinin dəfn mərasiminə hazırlıq başladı
31.05.2026 12:20 Dünya

İran hakimiyyəti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş Ali lider Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Bildirilib ki, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildirirlər.

Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi deyib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin edilir.

“Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, - deyə Mahmudi bildirib.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, rəsmi dəfn mərasimi təhlükəsizlik səbəbindən baş tutmayıb.

Bildirilib ki, mərasimin dəqiq tarixi təhlükəsizlik və təşkilati hazırlıqlar tamamlandıqdan sonra açıqlanacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Все новости