Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir

Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir
31.05.2026 16:20 Общество

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

Bu barədə TodayPress TV-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости