"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində

"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində
06.05.2026 14:39 İqtisadiyyat

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri – GITEX AI 2026-da iştirak edib.

TodayPress TV xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində qlobal ekspertləri bir araya gətirib.

"AzInTelecom" tədbirdə stendlə təmsil olunaraq şirkətin qabaqcıl texnoloji həllərini və rəqəmsal xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.

Şirkətin tədbirdə iştirakının əsas məqsədi beynəlxalq texnologiya ekosistemində mövqeyini gücləndirmək, strateji tərəfdaşlıqları genişləndirmək, eləcə də rəqəmsal həllərini qlobal bazarda tanıtmaq olub.

Tədbir zamanı "AzInTelecom" baş direktorunun müşaviri Fərid İsmayılzadə panel müzakirələrdə çıxış edərək dövlət və biznes üçün rəqəmsal etimadın əhəmiyyətindən danışıb. O, saxta kimliklərə qarşı biometrik texnologiyaların vacibliyini və blokçeyn əsaslı maliyyə əməliyyatlarının etibarlılığını vurğulayıb. Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev isə Azərbaycanda "Lenovo" ilə tərəfdaşlıq çərçivəsində NVIDIA çipləri ilə təchiz edilmiş ilk Superkompüter Mərkəzinin yaradılmasının strateji əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir çərçivəsində "AzInTelecom" və "Gcore" şirkətlərinin birgə təşkilatçılığı ilə stenddə interaktiv vorkşop keçirilib. Vorkşopun sonunda təşkil olunan viktorinada qalib gələn iştirakçıya şirkətin ictimai bulud platforması olan "AZINCLOUD" xidmətlərindən istifadə üçün 1000 manatlıq vauçer təqdim edilib. Əlavə 2 iştirakçı isə müxtəlif hədiyyələr qazanıb.

TodayPress TV

ФОТО

"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində — 1
"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində — 2
"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində — 3
"AzInTelecom" GITEX AI 2026 qlobal müzakirələrində — 4
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Все новости