"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama
“Güclü Ermənistan” Alyansının baş nazirliyə namizədi Samvel Karapetyan uzun müddət ərzində Ermənistan Silahlı Qüvvələrinə əhəmiyyətli dəstək göstərib.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirib.
Tonoyan qeyd edib ki, Karapetyanın yardımı həm 2018-ci ildən əvvəl, həm də sonrakı dövrdə davam edib və hazırda da davam edə bilər.
“Onun dəstəyi 2018-ci ildən əvvəl də mövcud olub, 2018-ci ildən hərbi əməliyyatlara qədər də mövcud olub və ümid edirəm ki, indi də mövcuddur. Bu, çoxşaxəli və əhəmiyyətli olub. Düşünürəm ki, hər kəs başa düşür ki, onun imkanları nəzərə alınmaqla, onun töhfəsi çox faydalı kimi qiymətləndirilə bilər”, – deyə Tonoyan bildirib.
Keçmiş müdafiə naziri göstərilən dəstəyin konkret mahiyyətini açıqlamaqdan imtina edib. O, bununla bağlı məlumatların həssas xarakter daşıdığını, dövlət və ya rəsmi sirləri ehtiva edə biləcəyini vurğulayıb.
Tonoyan əlavə təfərrüatlar verməsə də, Karapetyanın Ermənistan Silahlı Qüvvələrinə töhfəsinin həm genişmiqyaslı, həm də əhəmiyyətli olduğunu qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin martında Nyu-Yorkda erməni icması qarşısında çıxış edən Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan belə demişdi: “Ərazi qarşılığında sülh artıq yoxdur. Bundan sonra yeni müharibə – yeni ərazilər olacaq.”
Bu bəyanatla o, Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını rədd edərək, "gələcək müharibədə" Azərbaycanın əlavə ərazilərini işğal etmək strategiyasını elan etmişdi. Bu Kür çayının sağ sahil istiqamətindən Yevlaxa qədər olan ərazi demək idi. 2023-cü il sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin nümayəndələri arasında mühüm görüş keçirilmişdi. Məkanın Yevlax olaraq seçilməsi xüsusi əhəmiyyət daşıyırdı. Tatoyan kimi revanşist düşüncə sahibləri də bundan öz dərslərini layiqincə götürmüşdülər.
Jalə Rövşən