XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq

XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq
19.03.2026 11:20 İKT

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Odlar Yurdu Universiteti birgə laboratoriyaların qurulması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi sahələrində əməkdaşlığa start verib.

TodayPress TV Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu XRİTDX və universitet arasında imzalanan əməkdaşlıq haqqında Memorandumda öz əksini tapıb.

Bundan əlavə, tərəflər XRİTDX-nın dəstəyi ilə universitetdə mövcud təhsil proqramlarının yenilənməsi, ustad dərslərinin təşkili, həmçinin tələbələrin praktika imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Memoranduma XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev imza atıb.

Vurğulanır ki, sözügedən memorandum "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın müəyyən etdiyi hədəflərə müvafiq olaraq özəl ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasını, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində innovativ işlərin aparılmasını, eləcə də məlumat və təcrübə mübadiləsinin reallaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, keçən ayın əvvəlində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyası istifadəyə verilib.

TodayPress TV

ФОТО

XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 1
XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 2
XRİTDX daha bir universitet ilə birgə laboratoriyalar yaradacaq — 3
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Все новости