"OpenAI" "Google Translate"ə rəqib xidmətini təqdim etdi

"OpenAI" "Google Translate"ə rəqib xidmətini təqdim etdi
15.01.2026 19:30 İKT

"OpenAI" mətnlərin tərcüməsi üçün ayrıca onlayn xidmət "ChatGPT Translate"i istifadəyə verib.

TodayPress TV xəbər verir ki, yeni alət 50-dən çox dili dəstəkləyir və "Google Translate"ə alternativ kimi təqdim olunur.

"ChatGPT Translate" veb interfeys üzərindən işləyir və görünüş baxımından "Google Translate"ə bənzəyir. İstifadəçilər orijinal və tərcümə olunmuş mətn üçün iki ayrıca sahə, həmçinin dillərin seçimi ilə qarşılaşırlar.

Xidmət hazırda masaüstü brauzerlərdə mətn tərcüməsini dəstəkləyir. Mobil versiyada isə səsli giriş imkanı mövcuddur. Şəkillərin tərcüməsi ilə bağlı iddialar olsa da, bu funksiya hələ aktiv deyil. Bundan əlavə, "Google Translate"dən fərqli olaraq, "ChatGPT Translate" sənədlərin, şəkillərin və ya veb səhifələrin yüklənməsinə imkan vermir.

Yeni xidmətin diqqətçəkən xüsusiyyətlərindən biri tərcümə üslubunun seçilməsidir. Məsələn, mətnləri işgüzar ünsiyyətə uyğunlaşdırmaq mümkündür.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Все новости