Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olundu

Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olundu
15.10.2025 16:57 Hərbi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

TodayPress TV xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanını ziyarət edən Koreya nümayəndə heyəti şəhidlərimizin məzarları və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-mayor C.Chun-song isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib. Əlaqələrimizin daha da gücləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. 

Görüşdə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olundu — 1
Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olundu — 2
Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olundu — 3
XƏBƏR LENTİ
04 IYUN 2026
Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Bütün Xəbərlər