ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!

ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!
17.05.2026 11:00 В мире

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərini İranla müharibədə daha fəal iştirak etməyə və Fars körfəzində yerləşən İran adalarından birini ələ keçirməyə çağırırlar.

TodayPress TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri Tramp administrasiyasında təhlükəsizlik məsələləri üzrə keçmiş yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın ətrafındakı bəzi rəsmilər BƏƏ-ni Lavan adasını ələ keçirməyə çağırıblar. Həmin ada aprel ayının əvvəlində BƏƏ tərəfindən gizli hərbi zərbələrə məruz qalıb.

Nəşr xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələrinin əsas yükünü məhz BƏƏ daşıyıb. Nəticədə BƏƏ ABŞ və İsraillə münasibətləri gücləndirmək səylərini ikiqat artırıb, halbuki qonşu ölkələrlə münasibətləri gərgin olaraq qalır.

Jurnalistlər əlavə ediblər ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan müharibənin əvvəlində Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı əks-hücumlara qoşulmağa inandırmağa çalışsa da, buna nail ola bilməyib.

Mənbələrin sözlərinə görə, bundan sonra aprel ayının əvvəlində BƏƏ İranın bir neçə hədəfinə, o cümlədən Lavan adasına zərbələr endirib.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 Все новости