FHN Ağdamda regional seminar-müşavirə keçirdi

FHN Ağdamda regional seminar-müşavirə keçirdi
09.07.2025 09:23 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Qarabağ Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov, Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, FHN-in müvafiq yerli struktur bölmələrinin, Tərtər, Bərdə, Laçın, Xocəvənd, Beyləqan və Füzuli rayonları icra hakimiyyətlərinin, həmin rayonlarda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminar-müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov tədbirdə çıxış edərək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

Tədbirdə Tərtər, Bərdə, Laçın, Xocəvənd, Beyləqan və Füzuli rayonları icra hakimiyyəti başçılarının birinci müavinləri – Fövqəladə Hallar Komissiyasının sədrləri fövqəladə hallarla mübarizə sahəsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, həyata keçirilən tədbirlərdən söz açıblar.

Seminar-müşavirədə çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və mülki müdafiənin hazırkı vəziyyətindən və digər məsələlərdən söz açılıb.

İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

XƏBƏR LENTİ
04 IYUN 2026
Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Bütün Xəbərlər