Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi

Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi
04.06.2026 22:30 Dünya

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə İran və ABŞ arasında davam edən danışıqlar prosesində tərəflərin mövqeləri və gəlinən son nöqtə müzakirə olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər