Livanda ölənlərin son sayı AÇIQLANDI
İsrailin Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 10 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, daha 59 vətəndaş yaralanaraq xəstəxanalara çatdırılıb.
"Hərbi gərginliyin başladığı 2 mart tarixindən bəri ümumi həlak olanların sayı 3 526-ya, yaralananların sayı isə 10 733-ə çatıb", - deyə nazirliyin hesabatında qeyd olunur.
Aysel Mətləb