Bazarı bağlanan, oteli yanan sahibkar haqda məlumat – Möhnətov kimdir?

Bazarı bağlanan, oteli yanan sahibkar haqda məlumat – Möhnətov kimdir?
29.05.2026 23:15 Cəmiyyət

Novxanıda yerləşən və illərdir ölkənin iri istirahət mərkəzlərindən biri kimi tanınan “AF Hotel”də baş verən yanğından sonra diqqətlər hotelin sahibi Azay Möhnətovun digər bizneslərinə yönəlib. Belə ki, hadisədən qısa müddət sonra onun sahib olduğu “Eurohome” tikinti materialları bazarı bağlandı.

TodayPress TV "globalinfo"-ya istinadən xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bazarın bağlanma səbəbi kimi ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlandığı göstərilir.

Maraqlıdır ki, 2019-cu ildən həm “AF Hotel”, həm də “Eurohome”un sahibi kimi tanınan Azay Möhnətov son günlər gündəmdən düşmür. Onun biznes fəaliyyəti yalnız bu obyektlərlə məhdudlaşmır. Müxtəlif illərdə adı tikinti, daşınmaz əmlak və turizm sahələrində həyata keçirilən layihələrdə hallanıb. Hətta Rusiyada da biznesinin olduğu deyilir.

Əslən Şamaxı rayonundan olduğu bildirilən Azay Möhnətov “AF Holding” şirkətlər qrupunun prezidenti, eyni zamanda “Uğur-97” şirkətinin rəhbəridir. O, həmçinin Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Holdinqin rəsmi səhifəsində bir müddət əvvəl qeyd olunub ki, 1989-cu ildə təsis edilən “AF General Trading” şirkəti əsasən ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, eyni zamanda Frankfurt və Londonda da filialları fəaliyyət göstərir.

“AF Holding”ə daxil olan şirkətlər sırasında “Everton”, “Uğur-97”, “AFSAN Plastik”, “AF Business House”, “AF City”, “AF Mall”, “AF Com Plaza”, “AF Com Center”, “Aqua Park Baku”, “Aqua Park Shikhov” və “AF Hotel Aqua Park” da yer alır.

Bundan başqa, qeyd edilir ki, 2000-ci ildə “AF Bank” təsis olunub. Daha sonra həmin bank Rusiyanın VTB bankına satılıb.

Azay Möhnətovun adı sosial şəbəkələrdə “İlyas Express” kimi tanınan İlyas Möhnətovla qohumluq əlaqələrinə görə də tez-tez hallanır. Bildirilir ki, o, İlyas Möhnətovun əmisidir.

Azay Möhnətovun bazarının bağlanması səbəbləri haqda müxtəlif fərziyələr var. Bəzi ekspertlər bildirir ki, FHN-nin göstərdiyi çatışmazlıqlar əksər ticarət mərkəzlərində mövcuddur. İndiyədək “Sədərək”, “Binə”, “8-ci kilometr” ticarət mərkəzlərində bu səbəblərə görə dəfələrlə yanğın baş verib, amma heç biri bağlanmayıb. “Eurohome”un bağlanmasının  A.Möhnətovun hansısa qeyri-leqal siyasi fəaliyyətinə görə ola biləcəyi ehtimal edilir. Onun dövlət əleyhinə fəaliyyətə görə barəsində sərt tədbirlər görülən sabiq məmurlarla bu və ya digər şəkildə əlaqəsinin olduğuna dair müəyyən ehtimallar səsləndirilir.

Barəsində deyilənlər və yazılanlarla bağlı Azay Möhnətovun mövqeyini dərc etməyə hazırıq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Все новости