Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi

Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi
01.06.2026 09:40 В мире

Fransa Hərbi Dəniz Qüvvələri Böyük Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında Rusiya tankerini saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Dünən səhər Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan Rusiyanın daha bir neft tankeri “Taqor”u saxlayıb. Bu əməliyyat Birləşmiş Krallıq da daxil olmaqla, bir neçə tərəfdaşın dəstəyi ilə Atlantik okeanının beynəlxalq sularında dəniz qanunvericiliyinə ciddi şəkildə riayət edilməklə həyata keçirilib”, - o qeyd edib.

TodayPress TV