SEPAH ABŞ zərbəsinə sərt cavab verdi

SEPAH ABŞ zərbəsinə sərt cavab verdi
01.06.2026 08:41 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın cənubundakı Sirik adasında yerləşən rabitə qülləsinə endirdiyi zərbəyə cavab verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məlumat yayıb.

SEPAH-ın yaydığı bəyanata görə, Hörmüzqan əyalətində yerləşən Sirik adasındakı hədəf Aerokosmik Qüvvələr tərəfindən vurulub və əməliyyat nəticəsində nəzərdə tutulan hədəflər məhv edilib.

Bəyanatda ABŞ-yə xəbərdarlıq edilərək bildirilib ki, bu cür əməliyyatların davam etməsi halında İranın cavabı daha sərt olacaq.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda, o cümlədən Qoruq rayonu və Qeşm adasında raket buraxılış məntəqələri ilə pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə zərbələr endirdiyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də keçirdiyi birgə hərbi əməliyyatdan sonra regionda gərginlik artıb. Aprelin 8-də atəşkəs elan edilsə də, son həftələrdə Hörmüz boğazı ətrafında qarşıdurmaların davam etdiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 Все новости