ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubundakı Qoruq rayonunda və Qeşm adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki,bu barədə CENTCOM məlumat yayıb.
Məlumata əsasən, zərbələr 30-31 mayda "İranın fəaliyyətlərinə", o cümlədən beynəlxalq sular üzərində ABŞ-nin "MQ-1" pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq endirilib. CENTCOM əməliyyatın müdafiə xarakteri daşıdığını vurğulayıb.
Amerikanın iddiasına görə, əməliyyat zamanı hava hücumundan müdafiə vasitələri, yerüstü idarəetmə stansiyası və görə regionda gəmiçilik üçün təhlükə yaradan iki zərbə PUA-sı məhv edilib.
Komandanlıq həmçinin əməliyyat nəticəsində Amerika hərbi qulluqçularından heç kimin xəsarət almadığını bildirib.