Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq"

Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq"
01.06.2026 16:41 В мире

İran və ABŞ arasında əldə olunan atəşkəs Livan da daxil olmaqla bütün cəbhələri əhatə edir və onun hər hansı istiqamətdə pozulması ümumi razılaşmanın pozulması kimi qiymətləndiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, atəşkəsin bir cəbhədə pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir. XİN rəhbəri mümkün nəticələrə görə ABŞ və İsrailin məsuliyyət daşıyacağını vurğulayıb.

Bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahunun Livanın paytaxtı Beyrutun ətrafındakı Dahia bölgəsinə zərbə endirilməsi barədə göstəriş verməsindən sonra səsləndirilib. Netanyahu və müdafiə naziri İsrael Katzın İsrail Müdafiə Qüvvələrinə müvafiq əmr verdiyi bildirilir.

ABŞ İsrail və Livana yeni atəşkəs təşəbbüsü təqdim edib. Təklifə əsasən, ilk mərhələdə “Hizbullah” İsrailə qarşı bütün hücumları dayandırmalı, bunun qarşılığında isə İsrail Beyrutda vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidir.

Qeyd edək ki, mayın 31-də Benyamin Netanyahu İsrail ordusunun Livandakı əməliyyatlarını genişləndirəcəyini açıqlamış, hərbi kampaniyanın daha uzun sürəcəyini, lakin ölkənin şimalında təhlükəsizliyin bərpa olunacağını bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости