Bakı aeroportu "Formula 1" ilə bağlı sərnişinlərə müraciət etdi

Bakı aeroportu "Formula 1" ilə bağlı sərnişinlərə müraciət etdi
18.09.2025 10:44 Cəmiyyət

Bakıda keçiriləcək "Formula 1 Azərbaycan Qran Prisi 2025" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib.

TodayPress TV quruma istinadən xəbər verir ki, bu yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub.

Bununla yanaşı, Azərbaycana gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

- Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

- Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

- Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

- Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

- "Aeroexpress" xidmətindən istifadə etmək: "28 May" metro stansiyasından hava limanına rahat və tıxacdan kənar çatmaq üçün "Aeroexpress" ictimai nəqliyyatından yararlanın.

- Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi "drop-off" zonalarından istifadə edin.

- Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

- Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Sərnişinlər səyahətini öncədən planlaşdırmaqla rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişini təmin edə bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Bütün Xəbərlər