Ətrafımızda bu qədər müharibələr mövcud olduğu halda... - Ekspert

Ətrafımızda bu qədər müharibələr mövcud olduğu halda... - Ekspert
09.09.2025 18:30 Hərbi

Son illər dünyanın siyasi atmosferi getdikcə gərginləşib, ölkələr və siyasi ittifaqlar arasında olan ziddiyətlər isə pik həddə çatıb. 

Dünyada baş verən mövcud siyasi gərginliklər gələcəkdə mümkün müharibə və hərbi toqquşma risklərinin baş verə biləcəyinə işarə edir.

Məsələ ilə bağlı TodayPress TV-yə ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, hazırda regionda vəziyyət qeyri-stabil olaraq qalır.


“Şimalda Rusiya ilə Ukrayna müharibəsi davam edir. Digər tərəfdən, Rusiya mediası daim Azərbaycana qarşı müharibə çağırışları edir. Ümumilikdə isə İran, İsrail, ABŞ münaqişəsi passiv fazada davam etməkdədir. Belə olan halda, təbii ki, Azərbaycan baş verən prosesləri nəzərə alaraq, özünün hərbi potensialını da daim yüksək səviyyədə saxlamağa məcburdur”, - deyə o bildirib.

Ekspert onu da diqqətə çatdırıb ki, biz daim Silahlı Qüvvələrimizin həm canlı qüvvə, həm texnika, vasitə, həm də avadanlıq baxımından təchizatına ciddi diqqət yönəldirik. 

“Ermənistan ilə sülh sazişinin paraflanmasına baxmayaraq, Azərbaycan hərbi xərclərini davamlı olaraq artırır. Zəruri hesab etdiyimiz silah, texnika, vasitə və avadanlıqlar əldə edirik. Ordumuzun təchizatı üçün heç bir qənaətə yol vermirik”.

O vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimizin və ərazimizin təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları perventiv olaraq atır və bundan sonra da Silahlı Qüvvələrimizin döyüş potensialını yüksəltmək üçün bütün tədbirlər vaxtında həyata keçiriləcək.

“Ətrafımızda bu qədər müharibə və münaqişələr mövcud olduğu halda, biz daim istənilən vəzifəni istənilən ərazidə, istənilən vaxtda yerinə yetirəcək silahlı qüvvələrə malik olmalıyıq. Bu, təhlükəsizlik məsələsidir və daim də Azərbaycan üçün ən prioritet məsələ olub. Bundan sonra da bu istiqamətdə dəyişikliklər olmayacaq”,- deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Bütün Xəbərlər