Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR
02.06.2025 12:41 Təhlil

“Çinin 20 ölkənin dəstəyi ilə yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə alternativ olmayacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Beynəlxalq Ədalət Məhkəməsini münsif məhkəməsi adlandırıb:

“Onun qəbul etdiyi qərarların dövlətlər üçün məcburi qüvvəyə malik olması üçün mütləq üç şərtin mövcudluğu vacibdir. Birincisi, dövlətlər xüsusi bəyanat verərək məhkəmənin yurisdiksiyasını qəbul etməlidirlər. Hazırda belə dövlətlərin sayı 74-dür.   

İkincisi, mübahisə edən iki dövlət əvvəlcədən aralarında müqavilə bağlayaraq razılığa gəlməli və işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməlidirlər. Onlar bu zaman məhkəmənin qəbul edəcəyi qərarı əvvəlcədən legitim sayacaqlarını bəyan etməlidirlər.

Üçüncü hal isə heç bir razılıq olmadan baş verir. Məsələn, hazırda Ermənistanla Azərbaycan bir-birinə qarşı qarşılıqlı razılaşma olmadan şikayət veriblər. Lakin şikayət etdikləri “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın 22-ci maddəsi göstərir ki, bu tip şikayətlər zamanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün hüquqi əhəmiyyət kəsb edir”.

Ekspert düşünür ki, Çinin yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər: 

“Çinin təşəbbüsünü 20 dövlət dəstəkləyib, lakin bu, onların Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə biləcəyi anlamına gəlmir. Ümumilikdə, bu kimi arbitraj qurumları dünyada kifayət qədər mövcuddur. Məsələn, kommersiya xarakterli arbitrajlar geniş yayılıb və onların böyük nüfuzu var. Beynəlxalq kommersiya müqavilələrində bu arbitraj qurumları qeyd edilir ki, mübahisə yarandıqda tərəflər həmin arbitraja müraciət etsinlər və onun qərarı hüquqi qüvvəyə malik olsun. Bu təşəbbüs də həmin sıraya daxil ola bilər. Lakin elan edilib ki, bu yeni qurum bir çox hallarda Beynəlxalq Ədalət Məhkəməsi kimi funksiyaları da yerinə yetirəcək. Hər bir halda belə bir qurum yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər. Hesab etmirəm ki, o, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə bilər. Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir və onun Statutu BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsi hesab olunur.  İstənilən dövlət BMT-yə qoşularkən ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna da qoşulmuş olur. Lakin bir daha xatırladıram ki, məhkəmənin yurisdiksiyasını qəbul etmək üçün əlavə bəyanat təqdim edilməlidir”.

Qeyd edək ki,  mediada yayılan məlumatlara görə, Çin 20 ölkənin dəstəyi ilə Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) yaradır. Təşkilatın mərkəzi Honq Konqda yerləşəcək və BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə rəqib kimi fəaliyyət göstərəcək.

Qiymət Mahir

FOTOLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Bütün Xəbərlər