“Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi

“Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi
02.06.2026 22:46 Dünya

“Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan çox da razı deyillər”.

TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, rusların Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkidə məğlub olmasını istəmələrinə işarələr var. Rubio əlavə edib ki, ABŞ Ermənistanın suverenliyini pozmaq niyyətində deyil və rəsmi İrəvandan digər ölkələrlə münasibətləri dayandırmağı tələb etmir.

"Ruslar bizim orada olmağımızdan çox da razı deyillər. Düşünürəm ki, onlar hazırkı liderin məhz Birləşmiş Ştatlarla inkişaf edən münasibətlərə görə seçkilərdə uduzmasını istəyirlər" - deyə o  vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Vaşinqton sülh və iqtisadi əməkdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır ki, bunun elementlərindən biri də "Tramp marşrutu" layihəsidir:

"Bu layihə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsasını təşkil edir və hətta bu saziş çərçivəsindən kənara çıxır. Sənəd Ermənistanın strateji mövqeyini dəyişməyə və ölkəni regionda mərkəzi ticarət mərkəzinə çevirməyə qadirdir".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər