Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR
02.06.2025 12:41 Təhlil

“Çinin 20 ölkənin dəstəyi ilə yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə alternativ olmayacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Beynəlxalq Ədalət Məhkəməsini münsif məhkəməsi adlandırıb:

“Onun qəbul etdiyi qərarların dövlətlər üçün məcburi qüvvəyə malik olması üçün mütləq üç şərtin mövcudluğu vacibdir. Birincisi, dövlətlər xüsusi bəyanat verərək məhkəmənin yurisdiksiyasını qəbul etməlidirlər. Hazırda belə dövlətlərin sayı 74-dür.   

İkincisi, mübahisə edən iki dövlət əvvəlcədən aralarında müqavilə bağlayaraq razılığa gəlməli və işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməlidirlər. Onlar bu zaman məhkəmənin qəbul edəcəyi qərarı əvvəlcədən legitim sayacaqlarını bəyan etməlidirlər.

Üçüncü hal isə heç bir razılıq olmadan baş verir. Məsələn, hazırda Ermənistanla Azərbaycan bir-birinə qarşı qarşılıqlı razılaşma olmadan şikayət veriblər. Lakin şikayət etdikləri “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın 22-ci maddəsi göstərir ki, bu tip şikayətlər zamanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün hüquqi əhəmiyyət kəsb edir”.

Ekspert düşünür ki, Çinin yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər: 

“Çinin təşəbbüsünü 20 dövlət dəstəkləyib, lakin bu, onların Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə biləcəyi anlamına gəlmir. Ümumilikdə, bu kimi arbitraj qurumları dünyada kifayət qədər mövcuddur. Məsələn, kommersiya xarakterli arbitrajlar geniş yayılıb və onların böyük nüfuzu var. Beynəlxalq kommersiya müqavilələrində bu arbitraj qurumları qeyd edilir ki, mübahisə yarandıqda tərəflər həmin arbitraja müraciət etsinlər və onun qərarı hüquqi qüvvəyə malik olsun. Bu təşəbbüs də həmin sıraya daxil ola bilər. Lakin elan edilib ki, bu yeni qurum bir çox hallarda Beynəlxalq Ədalət Məhkəməsi kimi funksiyaları da yerinə yetirəcək. Hər bir halda belə bir qurum yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər. Hesab etmirəm ki, o, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə bilər. Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir və onun Statutu BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsi hesab olunur.  İstənilən dövlət BMT-yə qoşularkən ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna da qoşulmuş olur. Lakin bir daha xatırladıram ki, məhkəmənin yurisdiksiyasını qəbul etmək üçün əlavə bəyanat təqdim edilməlidir”.

Qeyd edək ki,  mediada yayılan məlumatlara görə, Çin 20 ölkənin dəstəyi ilə Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) yaradır. Təşkilatın mərkəzi Honq Konqda yerləşəcək və BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə rəqib kimi fəaliyyət göstərəcək.

Qiymət Mahir

FOTOLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Bütün Xəbərlər