"Kənddən Şəhərə" Novruz yarmarkası təşkil ediləcək

"Kənddən Şəhərə" Novruz yarmarkası təşkil ediləcək
12.03.2026 14:05

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC 12 məntəqədə "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil edəcək.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının yanı) ünvanında olan yarmarkada hər gün Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilər.

Novruz yarmarkaları saat 09:00-dan 19:00-a qədər Fətəli xan Xoyski küçəsi ilə yanaşı, regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə təşkil ediləcək.

Belə ki, 13–17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində – Əhmədli, Neftçilər, Nəriman Nərimanov, Azadlıq prospekti və Elmlər Akademiyası metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində "Qarant" yaşayış kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil olunacaq.

Keçiriləcək "Kənddən şəhərə" Novruz yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Все новости