Portuqaliyada Zəfər Günü qeyd edildi

Portuqaliyada Zəfər Günü qeyd edildi
09.11.2025 01:00 Xarici siyasət

Portuqaliyanın paytaxtı Lissabonda Azərbaycan icması 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, Kolumbiya, Braziliya, Yunanıstan, Türkiyə, Polşa, Niderland və Ukrayna diasporunun nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İştirakçılara 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından və bu Qələbənin xalqımız üçün əhəmiyyətindən geniş bəhs olunub.

Azərbaycan mədəniyyətinin müxtəlif sahələri, eləcə də Qarabağ atları haqqında təqdimatlar göstərilib. Bədii hissədə "Baran" türk musiqi qrupunun rəhbəri Gülüm Baranın ifasında "Xudayar təsnifi", "Gəl, ey səhər", "Sarı gəlin", "Bu qala daşlı qala" kimi Azərbaycan musiqi inciləri səsləndirilib.

Ədəbiyyat bölməsində "Əkinçi" qəzeti haqqında məlumat verilib, musiqi bölməsində isə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və Fikrət Əmirovun "Sevil" operalarından danışılıb. "Sevil" operasının qadın azadlığı mövzusuna həsr olunması və Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşməsi xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli simvolu olan buta naxışlı kəlağayılar hədiyyə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Bütün Xəbərlər