Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”

Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”
12.02.2026 17:38 Təhlil

“Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərə paralel şəkildə inkişaf edəcək”. 

Bunu TodayPress TV-yə türkiyəli politoloq İsmail Cingöz Türkiyənin İrəvana müntəzəm birbaşa uçuşlar həyata keçirəcəyi ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla öncədən razılıq əldə etmədən və Azərbaycanın siyasətinə zidd addım atmadan Ermənistanla münasibətlərini inkişaf etdirə bilər.


“Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Türkiyə qardaş Azərbaycanın əleyhinə heç bir fəaliyyət göstərməz və göstərməyəcək”.

Analitik bildirib ki, Ermənistan-Türkiyə hava reysləri əlaqələri və ticarəti gücləndirəcək: 

“Ermənistan ilə Türkiyə arasında hava yolları vasitəsilə sərnişin daşınması ilə bağlı yeniliklər həm hər iki ölkənin vətəndaşları, həm də siyasi və iqtisadi baxımdan müsbət addım olacaq və qismən də olsa, ticarətin hava yolu ilə başlamasına şərait yaradacaq. Bu da iki ölkə arasında iqtisadi, siyasi və sosial-mədəni əlaqələrin qurulması üçün vasitə kimi Ermənistanın xeyrinə inkişaf kimi qiymətləndirilə bilər”.

İ.Cingöz vurğulayıb ki, növbəti mərhələdə Ermənistan-Azərbaycan münasibətləri müsbət məcrada irəliləsə, Türkiyə quru sərhədlərini də aça bilər. Türkiyə rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, quru sərhəd qapılarının açılması üçün Ermənistanın qalıcı sülh müqaviləsi imzalaması, Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarını ehtiva edən hüquqi tənzimləmələri aradan qaldırması, konstitusiya və digər qanuni prosedurları yerinə yetirməsi şərtdir. Bu şərtlər yerinə yetirilsə, Ermənistan ilə Azərbaycan arasında sülh təmin edilər və Türkiyə normallaşma prosesinə keçərək quru əlaqələrini bərpa edər.

“Türkiyənin İrəvana müntəzəm hava reyslərinə başlamaq qərarı Ermənistana qarşı xoş niyyət göstəricisi kimi qəbul edilməlidir. Eyni şəkildə, Azərbaycanın Ermənistana yanacaq daşımaları da analoji xoş niyyət addımı idi. Yəni həm Azərbaycandan, həm də Türkiyədən Ermənistana sülh prosesinə doğru əl uzadılır”, – deyə analitik vurğulayıb.


Şərhçi əlavə edib ki, bundan sonrakı gedişat Ermənistanın atacağı addımlardan asılıdır və bu prosesdə qazanan tərəf Ermənistan xalqı və dövləti olar. Bu isə bölgədə sabitlik və sülh üçün yol xəritəsi rolunu oynaya bilər və nəticədə həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də regionun digər ölkələri qazanclı çıxar.

Qeyd edək ki, Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
“Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 All News