TARİXİ REKORD! – 1989-cu ildən bəri ilk dəfə: Amerika "çox narahatdır"

TARİXİ REKORD! – 1989-cu ildən bəri ilk dəfə: Amerika "çox narahatdır"
15.04.2026 16:10 Təhlil

ABŞ-də  iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı narahatlıq getdikcə artır.  

TodayPress TV-nin araşdırmasına görə, Gallup İnstitutunun mart ayında apardığı sorğuya görə, hazırda yetkin insanların 44 faizi bu mövzuya “çox narahat” yanaşdığını bildirir. 

Bu göstərici 1989-cu ildən bəri ən yüksək səviyyədir.

Ümumilikdə amerikalıların 66 faizi iqlim dəyişikliyindən narahat olduğunu deyir. Onların 44 faizi “çox”, 22 faizi isə “kifayət qədər” narahatdır. Yalnız 23 faiz bu mövzuda narahat olmadığını bildirib.


Buna siyasi partiyalar kontekstində baxsaq, görəcəyik  ki, narahatlıq əsasən demokratlar və müstəqillər arasında artır. Demokratların 69 faizi, müstəqillərin isə 45 faizi qlobal istiləşməyə ciddi narahatlıqla yanaşır. Respublikaçılarda isə bu rəqəm cəmi 6 faizdir və bu, son illərin ən aşağı göstəricilərindən biridir.

Artıq medianın roluna da münasibət dəyişir.

Son bir ildə daha çox insan düşünür ki, iqlim dəyişikliyi mediada lazım olduğu qədər ciddi işıqlandırılmır. Bu fikirdə olanların payı 44 faizə çatıb və bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Eyni zamanda, mövzunun “şişirdildiyini” düşünənlərin sayı azalaraq 32 faizə düşüb. 21 faiz isə xəbərlərin ümumilikdə vəziyyəti düzgün əks etdirdiyini deyirlər. 

Görürük ki, təsirlər artıq hiss olunur, amma hamı eyni fikirdə deyil.

Sorğuda iştirak edənlərin 61 faizi iqlim dəyişikliyinin təsirlərinin artıq başladığını düşünür. Bununla belə, yalnız 45 faizi bu dəyişikliklərin onların gündəlik həyatına ciddi təsir göstərəcəyini bildirir.

Demokratların böyük əksəriyyəti həm təsirlərin başladığını, həm də gələcəkdə risk yaradacağını düşünür. Respublikaçılar isə bu məsələyə daha ehtiyatla yanaşır.

Təbii ki, səbəb kimi insan fəaliyyəti ön plandadır.

Respondentlərin 64 faizi qlobal istiləşməni insan fəaliyyəti və çirklənmə ilə izah edir. Üçdə biri isə bunun təbii dəyişikliklərdən qaynaqlandığını düşünür.

Həmçinin hava şəraiti də fikirlərə təsir edir.

Qeyd edək ki, bu qış ABŞ-nin  müxtəlif bölgələrində hava çox fərqli olub.  Qərbdə yaşayanların çoxu qışın əvvəlkindən  daha isti keçdiyini deyir. Şərqdə isə əksinə, daha soyuq hava müşahidə olunduğunu qeyd olunur. 

Maraqlıdır ki, isti qış yaşayanlar arasında iqlim dəyişikliyini insan fəaliyyəti ilə bağlayanların sayı daha yüksəkdir.

Sorğu göstərir ki, amerikalıların böyük hissəsi iqlim dəyişikliyinin real olduğunu qəbul edir və artıq təsirlərin hiss olunduğunu düşünür. Amma mövzu ölkədə hələ də ciddi fikir ayrılığı yaradır. Demokratlar və müstəqillər daha çox narahatlıq bildirərkən, respublikaçılar daha skeptik mövqedə qalır.

Nəticədə iqlim dəyişikliyi də ABŞ-də cəmiyyəti birləşdirən deyil,  bölən mövzulardan biridir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Bütün Xəbərlər