“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH
10.07.2025 17:10 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti Rusiyaya bağlı casus şəbəkəsini neytrallaşdırmaq və Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün paralel şəkildə hərəkət edir”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyəti hazırda iki əsas hədəf üzərində fəaliyyət göstərir:

“İlk növbədə Rusiyanın Ermənistandakı casus şəbəkəsini sıradan çıxarmağa çalışır. Bu şəbəkəyə erməni kilsəsi, keçmiş "Qarabağ klanı" və Rusiyaya bağlı oliqarxiya daxildir. Paşinyan hakimiyyəti hazırda həm erməni kilsəsini, həm oliqarxiyanı, həm də Qarabağ klanını zəiflədərək neytrallaşdırmağa səy göstərir. 

Əgər bu məqsədə nail olunarsa, Paşinyan hakimiyyətinin Azərbaycanla yekun sülh sazişini imzalaması daha real görünə bilər. Çünki Rusiyanın bu casus şəbəkəsi sülh sazişinin imzalanmasına ciddi müqavimət göstərir. Xüsusilə də sazişin imzalanmasından əvvəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların ləğvi məsələsinə sərt reaksiya verilir. Halbuki bu müddəalar dəyişdirilmədən sülh sazişinin imzalanması mümkün deyil.

Buna görə də Paşinyan hakimiyyəti həm öz siyasi mövqeyini qorumaq, həm də yekun sülh sazişinin imzalanmasını təmin etmək üçün Rusiyanın casus şəbəkəsini neytrallaşdırmağa çalışır. Son mərhələdə isə Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı görünür. Əgər bu baş verərsə, Rusiya Cənubi Qafqazda münaqişə yaratmaq üçün istifadə etdiyi mühüm bir alətdən məhrum olacaq və bununla da bölgədəki təsir imkanlarını demək olar ki, itirəcək.

Bu səbəbdən Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanması istiqamətində müəyyən addımlar atmağa çalışır və bu istiqaməti doğru hesab edir. Hətta Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu tez-tez vurğulamağa başlayıb. Bu da onu göstərir ki, Paşinyan hökuməti artıq Konstitusiyada dəyişiklik etməyə və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaları ləğv etməyə qərar verib".

Analitik sadalanan məsələlər fonunda Nikol Paşinyanın hakimiyyətdə qala biləcəyini düşünür:

"Təbii ki, əgər bütün bunlar həyata keçərsə və Paşinyan bu hədəflərinə nail olarsa, onun hakimiyyətinin ömrü uzana bilər. Ermənistan blokadadan çıxarılmış olar, Rusiyanın təsiri zəifləyər və ölkə daha müstəqil inkişaf imkanı əldə edə bilər. Bu baxımdan demək olar ki, Azərbaycanla yekun sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Paşinyan hakimiyyətinin maraqlarına tam şəkildə uyğundur".

Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. 

Qiymət Mahir

FOTOLAR

“Paşinyan hakimiyyəti yekun sülhə bu səbəbdən maraqlıdır” – ŞƏRH — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Bütün Xəbərlər