Paşinyan Azərbaycan vasitəsilə xilas formulunu elan etdi - RƏY

Paşinyan Azərbaycan vasitəsilə xilas formulunu elan etdi - RƏY
13.04.2026 22:44 Təhlil

“Ermənistan artıq reallıqları qəbul edir və Azərbaycanla nəqliyyat əlaqələrini inkişaf etdirməyi bir fürsət kimi dəyərləndirir”.

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə açıqlamasında bildirib. 


Analitik vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla nəqliyyat və kommunikasiya xətlərinin açılmasında maraqlıdır və bu prosesin sürətlənməsi üçün addımlar atır. Onun sözlərinə görə, Ermənistan hazırda TRİPP layihəsini Azərbaycanla daha çevik əlaqələrin qurulması baxımından mühüm hesab edir və xüsusilə dəmir yolu nəqliyyatının inkişafına diqqət yetirir.  

Siyasi şərhçi xatırladıb ki, əvvəllər Nikol Paşinyan bu məsələlərə fərqli yanaşırdı, lakin indi yanaşmada ciddi dəyişiklik müşahidə olunur: 

“Ermənistan artıq Zəngəzur dəhlizinin açılmasında da maraqlıdır, çünki bu layihə ölkənin iqtisadi blokadadan çıxmasına, regional inteqrasiyaya qoşulmasına və dünyaya açılmasına şərait yarada bilər. Bu dəhliz Ermənistanın nəqliyyat qovşağına çevrilməsi ilə yanaşı, həmçinin ölkədə təhlükəsizliyin və sosial-iqtisadi rifahın artmasına da gətirib çıxara bilər”. 


M. Əsədullazadə əlavə edib ki, Ermənistan üçün bu proseslər geosiyasi baxımdan yeni imkanlar yaradır və ölkə Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat arteriyalarından birinin üzərində yerləşmək şansı əldə edir. Onun fikrincə, bu imkanları Ermənistana məhz Azərbaycan təqdim edir və buna görə də rəsmi İrəvan sülh prosesini sürətləndirməli, sülh müqaviləsinin imzalanmasına nail olmalı və ölkədə revanşist meyllərin aradan qaldırılması istiqamətində daha fəal addımlar atmalıdır. 

"Zəngəzur dəhlizi Ermənistanın sosial-iqtisadi inkişafı və regional inteqrasiyası üçün vacibdir və hazırda Ermənistan rəhbərliyi bu reallıqları anlayır, bunu bir fürsət kimi qiymətləndirir və Azərbaycanla sülhü təşviq edir”, - deyə o izah edib. 

Ekspert sonda bildirib ki, TRİPP layihəsi gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh körpüsünə çevrilə bilər. 

Qeyd edək ki, Paşinyan Azərbaycan üzərindən Ermənistana dəmir yolu yük daşınmasının artıq mümkün olduğunu və davam etdiyini açıqlayıb. O vurğulayıb ki, Gürcüstan üzərindən ixrac mümkün olaraq qalır, lakin strateji məqsəd TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu xidmətini tam açmaqdır. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 Bütün Xəbərlər