Nüvə proqramı, neft, minerallar: Amerikanın İranda əsas hədəfi nədir?

Nüvə proqramı, neft, minerallar: Amerikanın İranda əsas hədəfi nədir?
17.02.2026 17:30 Təhlil

ABŞ–İran danışıqlarında mineral ehtiyatlara çıxış məsələsi yenidən gündəmə gələ bilər. Məlumata görə, əvvəlki görüşlərdə nüvə mövzusu ilə yanaşı, nadir torpaq metalları, neft və qaz yataqları da müzakirə edilib.

ABŞ son illər Çindən asılılığı azaltmaq üçün Ukrayna və Qrenlandiya kimi ölkələrin nadir torpaq ehtiyatlarına maraq göstərir. 

Bəs, İranın nadir torpaq metalları, neft və qaz yataqlarına çıxış ABŞ-nin İranda əsas məqsədi ola bilərmi?   

Mövzunu beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.

   

Analitik qeyd edib ki, danışıqlar nüvə proqramı və sanksiyalar üzərindədir: 

"Amerika-İran danışıqları bu gün Cenevrədə yenidən davam edir, tərəflər arasında danışıqlar artıq ABŞ-nin oradakı səfirliyində başlanıb. Danışıqların gündəliyini rəsmi olaraq İran müəyyən edir. İran tərəfi bildirib ki, onlar yalnız nüvə proqramının dayandırılması ilə bağlı ABŞ-nin tələblərini müzakirə etməyə hazırdır, amma bunun qarşılığında sanksiyaların yumşaldılması tələb olunur. İran qeyd edib ki, onlar nüvə proqramının tamamilə sıfırlanmasına razı deyillər, yalnız müəyyən həddə qədər azaldılmasına razılıq verə bilərlər. Lakin ABŞ də bunun müqabilində müəyyən güzəştlər, konkret olaraq sanksiyaların yumşaldılması və ya aradan qaldırılmasını təklif etməlidir". 

Onun qənaətincə, bu danışıqlarda əsas məsələ neftdir: 

“Ümumiyyətlə, İran həm də nadir torpaq elementləri ilə zəngin ölkədir. Çinin neft ehtiyatlarının əhəmiyyətli hissəsini İran qarşılayır. Məlumatlara görə, İranın satdığı neftin təxminən 80%-i Çin tərəfindən alınır. İran sanksiya altında qaldığına görə nefti ucuz qiymətə satmağa məcburdur. Bu da Çinin güclənməsidir. Çünki bazar qiymətlərindən daha ucuz qiymətə aldığı İran, Venesuela nefti Çinin iqtisadi gücünü artırır. Amerika da maraqlıdır ki, Çin güclənməsin”.


Ekspert hesab edir ki, bu baxımdan, İran neftinə nəzarət ABŞ-nin əsas hədəflərindən biridir: 

“Nadir torpaq elementləri də Amerika üçün böyük əhəmiyyət kəsb edir. Son bir ildə Trampın siyasətinə baxsaq, onun məqsədi dünyadakı nadir torpaq elementləri ilə zəngin əraziləri nə olursa olsun nəzarətə götürmək olub. Bunun üçün müqavilələr və sazişlər imzalanıb. Bu da təsadüfi deyil, çünki Çin nadir torpaq elementləri bazarına demək olar ki, hakimdir. Tramp da bu sahəyə sahib olmaq, həmçinin onların texnoloji işlənməsini əldə etmək üçün çalışır”.

Ə.Mustafa əlavə edib ki, Amerika, İranın təbii ehtiyatları və rejimi üzərində nəzarət qurmağa çalışır: 

“Buna görə də hesab edirəm ki, Amerika-İran danışıqlarında ən vacib məsələlərdən biri İranın təbii ehtiyatlarına, xüsusilə neftinə və nadir torpaq elementlərinə nəzarət etməkdir. Eyni zamanda, mövcud İran rejiminə nəzarət də ABŞ üçün önəmlidir, çünki bu rejimlə uzunmüddətli uzlaşma real görünmür və eyni zamanda İran Rusiya və Çinlə əməkdaşlığını davam etdirəcək. Ona görə də amerikalılar başa düşürlər ki, neft və digər təbii ehtiyatlara nəzarət etmək üçün rejim üzərində təsir sahibi olmaq vacibdir”.

Politoloq sonda vurğulayıb ki, digər proqramlar – nüvə proqramı, raket proqramı, proksilərin dəstəklənməsi və s. də ABŞ üçün önəmlidir. Amerikalılar istəyirlər ki, İran bu fəaliyyətlərini zəiflətsin və ya dayandırsın. Lakin bütün hallarda əsas məsələ İranın neftinə, təbii ehtiyatlarına və nadir torpaq elementlərinə sahib olmaqdır: 

“Məncə, Amerika üçün ən vacib prioritet məhz budur”. 

Qeyd edək ki, fevralın 17-də Cenevredə ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu başlayıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 All News