"Əsəd qurban verilə bilər" — Ssenari İŞƏ SALINIR!

"Əsəd qurban verilə bilər" — Ssenari İŞƏ SALINIR!
16.10.2025 11:56 Təhlil

Sentyabrın 15-də Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. 


İki ölkə arasında münasibətlərin 1944-cü ildə sovet dövründə qurulduğunu deyən Putin bildirib ki, Rusiyanın Suriya ilə uzun müddətdir ki, xüsusi əlaqələri var və bu əlaqələr ən çətin dövrlərdə belə davam edib. Şaraa isə Rusiyaya təşəkkür edib və bir çox sahədə Suriyanın inkişafına dəstəyə görə minnətdarlığını bildirib. O, Rusiya ilə “köklü əlaqələri” canlandırmaq istədiklərini bildirib.

Bundan əvvəl, Şaraanın Putindən hərbi cinayətlərə görə mühakimə olunması üçün devrilmiş lider Bəşər Əsədin ekstradisiyasını tələb edəcəyi bildirilirdi. Həmçinin Şaraanın Rusiyanın Tartus Hərbi Dəniz Qüvvələri və Hmeymim Hava Bazalarında mövcudluğunu da müzakirə edəcəyi gözlənilirdi.


Ancaq görüşlə bağlı geniş məlumatlar olmadığına görə, bu məsələlərin müzakirə edilib-edilmədiyi hələlik məlum deyil.

Maraqlıdır, bundan sonra Rusiya-Suriya münasibətləri necə inkişaf edəcək? Digər məsələ: Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədi Suriyaya geri verə bilər?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə analitik Aqşin Kərimov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında baş tutan görüş tərəflərin bundan sonra çoxvektorlu münasibətlər quracağına işarə edir:


"Ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Rusiya Yaxın Şərqin Suriya cinahında ABŞ və Türkiyə qarşısında geosiyasi cəhətdən zəif hala düşmüşdü. Buna baxmayaraq, Suriya sahillərində, Aralıq dənizindəki güc proyeksiyasına təsir edən hərbi bazalarının mövcudluğunu qoruyub saxlayır. 

Hazırda Rusiya və Suriya arasında hərbi, enerji və iqtisadi sahələrdə əməkdaşlıq prioritet istiqamətə çevrilib. Bu proses Rusiyanın Suriyada itirdiyi nüfuzunu tədricən bərpa etdiyinə dair təəssüratlar yaradır. Suriya iqtisadiyyatında resurs çatışmazlığının dərinləşdiyi dövrdə Dəməşqin Moskvadan maliyyə və enerji dəstəyi almağa çalışması da Kreml üçün əlavə fürsətlər yaradır".


Analitikin qənaətincə, Suriya hökuməti hazırda Rusiyadan başqa məqsədlə də istifadə etməyə çalışır. Ekspert hesab edir ki, bu, əsasən, Suriyada İsrailin təsirlərinin balanslaşdırılmasında Rusiyanın rolundan yararlanmaq manevrinə əsaslanır:

"Ancaq Rusiya əsas səylərini Ukraynada başlatdığı müharibəyə yönləndirdiyindən, onun Suriyadakı geosiyasi vəziyyətini necə idarə edəcəyi suallar yaradır. Üstəlik, Rusiyanın İsrailə prosesdə təsir etmək imkanları məhdud görünür və hazırda Yaxın Şərqin geosiyasi arxitekturasının qurulmasında ABŞ daha çox fəallıq göstərir. Ancaq Rusiyanın Suriyadakı iqtisadi və enerji sahəsində təmsilçilik hüququ qazanması ABŞ üçün də sərfəli variantdır. 

ABŞ-nin Rusiyanın 2025-ci ilin mart ayından etibarən sanksiyalara məruz qalmış tankerlər vasitəsilə Suriyaya xam və emal olunmuş nefti tədarük etməsinə əhəmiyyətli maneə yaratmaması da bu fikri gücləndirir. İsrailin də Rusiyanın iştirak edəcəyi layihələri dəstəkləməsi ehtimal olunandır. Güman ki, Rusiya İsrail, ABŞ və Türkiyə ilə Suriyada əməkdaşlıq çərçivələrini müəyyənləşdirir".


A.Kərimovun fikrincə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bu proseslərin gedişatında daha çox qurban veriləcəkmiş kimi görünür. Onun sözlərinə görə, Suriya rəsmiləri yəqin ki, Suriya hökumətinin daxili və beynəlxalq legitimliyini gücləndirmək üçün Əsəd rejiminin qalıqlarına Rusiyanın dəstəyini dayandırmağa nail olacaqlar. 

"Bunun ardınca Rusiyada sığınacaq alan Bəşər Əsədin təhvil verilməsi üçün prosedurlar başlana bilər. Rusiya Şaaradan əhəmiyyətli və həlledici güzəşt ala bilsə, Bəşər Əsədin Suriyaya təslim edilməsi istisna edilməyəcək", – ekspert sonda əlavə edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər