Rusiyadan Ermənistana sərt mesaj: Aİ yolu İrəvana baha başa gələ bilər

Rusiyadan Ermənistana sərt mesaj: Aİ yolu İrəvana baha başa gələ bilər
29.05.2026 19:15 Təhlil

“Avrasiya İqtisadi İttifaqı “Rusiya və onun tərəfdaşları” klubuna bənzəyir”.

TodayPress TV xəbər verir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib.

Politoloq bildirib ki, Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, “Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətindən imtina etməzsə, Avrasiya İqtisadi İttifaqından çıxarılacaq”.

O qeyd edib ki, rusiyalı rəsmilər bu açıqlamanı verərkən birliyə üzv olan digər dövlətlərin rəyi ilə hesablaşmırlar, onların yerinə də qərar verirlər.

Elxan Şahinoğlu misal olaraq bildirib ki, bugünə qədər Avrasiya İqtisadi İttifaqına üzv olan Qazaxıstan və Qırğızıstan rəsmilərindən Ermənistan hökumətinin ünvanına “üzvlükdən çıxararıq” tipli açıqlamalar verilməyib. Buna baxmayaraq, həmin dövlətlərin rəsmiləri rusiyalı rəsmilərin açıqlamalarına tərs düşən fikir də bildirmirlər.

Politoloq qeyd edib ki, bunun nəticəsidir ki, Astanada Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib. Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər.

“Aydındır ki, Rusiya Ermənistanla bağlı qərarını o biri üzvlərə qəbul etdirib”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloqun sözlərinə görə, Avropa İttifaqı sözdə yox, əməldə Ermənistan hökumətinə dəstəyini artırmasa, Kreml Ukrayna “ssenarisini” Ermənistanda təkrarlamaq istəyəcək.

O bildirib ki, vaxtilə Ukrayna məhz Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə Kreml tərəfindən cəzalandırılıb və indi Ermənistan hökuməti hədəfdədir.

Elxan Şahinoğlu qeyd edib ki, İrəvanda Avropa Siyasi Birliyinin sammitini keçirmək kifayət deyil, Brüssel Rusiyanın baş nazir Nikol Paşinyana artan təzyiqləri neytrallaşdırmaq barədə düşünməlidir.

Politoloq əlavə edib ki, Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır, üstəgəl Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına girişi qadağan olunub.

O vurğulayıb ki, Avropa İttifaqı öz bazarını Ermənistan kənd təsərrüfatı məhsullarına aça və bu ölkəni qazla təmin etmənin alternativlərini hərəkətə gətirə bilər. Elxan Şahinoğlunun fikrincə, bu baş verməyəcəksə, Brüsselin və Fransa Prezidenti Emmanuel Makronun Nikol Paşinyana sözdə dəstəkləri bir qara qəpiyə dəyməyəcək.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər