CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib

CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib
31.05.2026 23:15 Dünya

İran ABŞ Silahlı Qüvvələrinin hərbi əməliyyat çərçivəsində endirdiyi zərbələr nəticəsində giriş yolları uçqun altında qalmış 18 iri yeraltı raket silahı saxlama obyektinə yenidən çıxışı bərpa edə bilib.

TodayPress TV-nin məlumatına görə, bu barədə bazar günü CNN telekanalı peyk çəkilişlərinin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd edilib ki, İran tərəfi bu bazaların tunel sistemlərinə aparan 69 girişdən 50-ni təmizləyə bilib. Mütəxəssislərin fikrincə, bu, İrana yeraltı anbarlardan sursatların operativ çıxarılması sayəsində İsrailə və Yaxın Şərq regionunun digər dövlətlərinə qarşı daha çox sayda uzunmənzilli ballistik raket buraxılışı həyata keçirmək imkanı verir.

"Analitiklər hesab edirlər ki, İranın yeraltı anbarlarında təxminən 1000 raket cəmlənib", – telekanal bildirib.

Peyk çəkilişlərinin məlumatları göstərir ki, İran tərəfi yeraltı obyektlərə keçidləri bərpa etmək üçün mürəkkəb olmayan tikinti texnikası – buldozerlər və yük avtomobilləri cəlb edib. Bundan əlavə, giriş yolları da qaydaya salınıb. CNN-in sorğu keçirdiyi ekspertlər vurğulayıblar ki, əldə edilən görüntülər İsrail-Amerikanın birgə bombardman əməliyyatının nəticələrinin məhdudluğunu nümayiş etdirir və Tehranın raket potensialını tunellərin girişlərinə intensiv və son dərəcə baha başa gələn zərbələr vasitəsilə aradan qaldırmaq mümkün olmayıb.

Mütəxəssislərin fikrincə, İranın iyirmi ildən əvvəl tikintisinə başlanmış geniş şaxələnmiş yeraltı raket bazaları şəbəkəsi onun raketləri və buraxılış kompleksləri üçün əhəmiyyətli müdafiə səviyyəsi təmin edir. Obyektlərin yerləşdiyi xeyli dərinlik Amerika və İsrail zərbələrinin bu bazalara qarşı effektivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell CNN-in jurnalist araşdırmasının nəticələri barədə şərhlərdən yayınıb və əvvəllər səsləndirilmiş bəyanatı təkrarlayaraq bildirib ki, ABŞ Silahlı Qüvvələri dünyanın ən döyüşkən ordusudur və prezidentin qərarı ilə istənilən vaxt, dünyanın istənilən nöqtəsində tapşırıqları yerinə yetirmək üçün bütün lazımi vasitələrə malikdir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Azov dənizində gəmiyə hücum nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb. 01:52 Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif etdi 23:53 İraqın şimalında İran konsulluğu yaxınlığında partlayış oldu 01:13 Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 Bütün Xəbərlər