"Əsəd qurban verilə bilər" — Ssenari İŞƏ SALINIR!

"Əsəd qurban verilə bilər" — Ssenari İŞƏ SALINIR!
16.10.2025 11:56 Təhlil

Sentyabrın 15-də Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. 


İki ölkə arasında münasibətlərin 1944-cü ildə sovet dövründə qurulduğunu deyən Putin bildirib ki, Rusiyanın Suriya ilə uzun müddətdir ki, xüsusi əlaqələri var və bu əlaqələr ən çətin dövrlərdə belə davam edib. Şaraa isə Rusiyaya təşəkkür edib və bir çox sahədə Suriyanın inkişafına dəstəyə görə minnətdarlığını bildirib. O, Rusiya ilə “köklü əlaqələri” canlandırmaq istədiklərini bildirib.

Bundan əvvəl, Şaraanın Putindən hərbi cinayətlərə görə mühakimə olunması üçün devrilmiş lider Bəşər Əsədin ekstradisiyasını tələb edəcəyi bildirilirdi. Həmçinin Şaraanın Rusiyanın Tartus Hərbi Dəniz Qüvvələri və Hmeymim Hava Bazalarında mövcudluğunu da müzakirə edəcəyi gözlənilirdi.


Ancaq görüşlə bağlı geniş məlumatlar olmadığına görə, bu məsələlərin müzakirə edilib-edilmədiyi hələlik məlum deyil.

Maraqlıdır, bundan sonra Rusiya-Suriya münasibətləri necə inkişaf edəcək? Digər məsələ: Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədi Suriyaya geri verə bilər?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə analitik Aqşin Kərimov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında baş tutan görüş tərəflərin bundan sonra çoxvektorlu münasibətlər quracağına işarə edir:


"Ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Rusiya Yaxın Şərqin Suriya cinahında ABŞ və Türkiyə qarşısında geosiyasi cəhətdən zəif hala düşmüşdü. Buna baxmayaraq, Suriya sahillərində, Aralıq dənizindəki güc proyeksiyasına təsir edən hərbi bazalarının mövcudluğunu qoruyub saxlayır. 

Hazırda Rusiya və Suriya arasında hərbi, enerji və iqtisadi sahələrdə əməkdaşlıq prioritet istiqamətə çevrilib. Bu proses Rusiyanın Suriyada itirdiyi nüfuzunu tədricən bərpa etdiyinə dair təəssüratlar yaradır. Suriya iqtisadiyyatında resurs çatışmazlığının dərinləşdiyi dövrdə Dəməşqin Moskvadan maliyyə və enerji dəstəyi almağa çalışması da Kreml üçün əlavə fürsətlər yaradır".


Analitikin qənaətincə, Suriya hökuməti hazırda Rusiyadan başqa məqsədlə də istifadə etməyə çalışır. Ekspert hesab edir ki, bu, əsasən, Suriyada İsrailin təsirlərinin balanslaşdırılmasında Rusiyanın rolundan yararlanmaq manevrinə əsaslanır:

"Ancaq Rusiya əsas səylərini Ukraynada başlatdığı müharibəyə yönləndirdiyindən, onun Suriyadakı geosiyasi vəziyyətini necə idarə edəcəyi suallar yaradır. Üstəlik, Rusiyanın İsrailə prosesdə təsir etmək imkanları məhdud görünür və hazırda Yaxın Şərqin geosiyasi arxitekturasının qurulmasında ABŞ daha çox fəallıq göstərir. Ancaq Rusiyanın Suriyadakı iqtisadi və enerji sahəsində təmsilçilik hüququ qazanması ABŞ üçün də sərfəli variantdır. 

ABŞ-nin Rusiyanın 2025-ci ilin mart ayından etibarən sanksiyalara məruz qalmış tankerlər vasitəsilə Suriyaya xam və emal olunmuş nefti tədarük etməsinə əhəmiyyətli maneə yaratmaması da bu fikri gücləndirir. İsrailin də Rusiyanın iştirak edəcəyi layihələri dəstəkləməsi ehtimal olunandır. Güman ki, Rusiya İsrail, ABŞ və Türkiyə ilə Suriyada əməkdaşlıq çərçivələrini müəyyənləşdirir".


A.Kərimovun fikrincə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bu proseslərin gedişatında daha çox qurban veriləcəkmiş kimi görünür. Onun sözlərinə görə, Suriya rəsmiləri yəqin ki, Suriya hökumətinin daxili və beynəlxalq legitimliyini gücləndirmək üçün Əsəd rejiminin qalıqlarına Rusiyanın dəstəyini dayandırmağa nail olacaqlar. 

"Bunun ardınca Rusiyada sığınacaq alan Bəşər Əsədin təhvil verilməsi üçün prosedurlar başlana bilər. Rusiya Şaaradan əhəmiyyətli və həlledici güzəşt ala bilsə, Bəşər Əsədin Suriyaya təslim edilməsi istisna edilməyəcək", – ekspert sonda əlavə edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Bütün Xəbərlər